“Qarabağ” hələ də məşqçi tapa bilmir (/idman.azer.net/)

single-news
8 İyl 2005

“Qarabağ” hələ də məşqçi tapa bilmir (/idman.azer.net/)



“Qarabağ”ı əksər futbolçular tərk edib, bu azmış kimi klubun baş məşqçisi də hələlik müəyyənləşməyib. Bir müddət əvvəl futbol üzrə 13-cü milli çempionatın güclülər dəstəsində zəif çıxışı ilə yadda qalan “Qarabağ” klubunun birinci divizyonda iştirak etmək niyyəti barədə fikirlər səslənirdi. Hətta komandanın rəhbərliyinin hərəkətlərindən bunu hiss etmək mümkün idi. Lakin mətbuatın tənqidləri nəticəsində komandanın rəsmiləri bu fikirlərindən əl çəkdilər. İndi “Qarabağ”ı əksər futbolçular tərk edib, bu azmış kimi klubun baş məşqçisi də hələlik müəyyənləşməyib. Komanda rəhbərliyi bir ara Türkiyəyə səfər edərək sonuncu problemi həll etməyə çalışsa da, istəyinə nail ola bilmədi. Buna baxmayaraq, axtarışlar davam edir. Qardaş ölkədəki namizədlər arasında Giray Bulak və Arıcanın adı hallandırılır. Klub yerli məşqçilərlə də danışıqlar aparır. Aldığımız məlumata görə, baş məşqçi postuna bir neçə namizəd var. Bunlar arasında “Neftçi”nin baş məşqçisi Ağasəlim Mircavadov, “Qarabağ”ın məşqçilərindən Səttar Əliyev, Elxan Abdullayev və 17 yaşlılardan ibarət yığmanın və AMMK-nın əsas çalışdırıcısı Şakir Qəribovun adı çəkilir. Amma növbəti milli çempionatın başlamasına az müddət qalmasına baxmayaraq, “Qarabağ”ın rəhbərliyi seçim etməkdə çətinlik çəkir.

Paylaş

// pop up