`Qarabağ` hələ qaçır
11 Yan 2013
`Qarabağ` hələ qaçır
`Qarabağ` Futbol Klubu Antalyada təlim-məşq toplanışını davam etdirir. Hazırlığın 2-ci günündə proqramda 2 məşq vardı. `Qarabağ`ımız üçün günün ilk məşqi üçün yerli vaxtla 11:00-da baş tutdu.
90 dəqiqə davam edən çalışmada futbolçular yüngül fiziki yükləmlərin ardından 3 qrupda `kvadrat` oynadılar. Sonda isə 3 qrupa bölünən futbolçular 20 dəqiqəlik korssla məşqi bitirdilər.
`Qarabağ`ımızın 2-ci məşqi 17:00-a nəzərdə tutulub.
