“QARABAĞ” HEYƏTİNİ GÜCLƏNDİRİR (AZƏRTAC, 03.02.2006)

single-news
3 Fev 2006

“QARABAĞ” HEYƏTİNİ GÜCLƏNDİRİR (AZƏRTAC, 03.02.2006)



AzərTAc xəbər verir ki, ölkə futbol çempionatının ikinci dövrəsinə hazırlığını Bakıda davam etdirən “Qarabağ” (Ağdam) komandası heyətini gücləndirmək məqsədi ilə yeni oyunçularla müqavilə imzalamışdır. Klubun mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, “Gəncə” komandasının 4 oyunçusu - Azər Məmmədov, Sergey Sokolov, İrakli və Qoqa Beraya qardaşları “Qarabağ”ın heyətində çıxış edəcəklər. Bundan əlavə, Serbiya və Çernoqoriyadan Zoran Terenşik və Bojan İliç də ikinci dövrədən Ağdam klubunun şərəfini qoruyacaqlar.

Paylaş