"Qarabağ" heyətinigücləndirməkdə davam edir (525-Cİ QƏZET, 04.02.2006)

single-news
4 Fev 2006

"Qarabağ" heyətinigücləndirməkdə davam edir (525-Cİ QƏZET, 04.02.2006)



Ağdamın "Qarabağ" klubu ikinci dövrənin hazırlıqlarını davam etdirir. Fasilədə Böyükağa Ağayevi baş məşqçi postuna gətirən Ağdam təmsilçisi fasilədən sonra zirvə uğrunda mübarizə aparmaq əzmindədir. Bu məqsədlə "Qarabağ" heyətini də gücləndirir. Bir qədər əvvəl Romal Hüseynov, Asen Nikolov kimi təcrübəli futbolçularla güclənən Ağdam klubu indi də heyətinə daha 4 oyunçu qatıb. Maraqlıdır ki, bu futbolçuların hamısı "Qarabağ"a "Gəncə"dən gəlib. Söhbət Azər Məmmədov, Sergey Sokolov, İrakli və Qoqa Beraya qardaşlarından gedir. Azər Məmmədov peşəkar futbolçu karyerasına "Kəpəz"də başlayıb. Ardından "Xəzri", MOİK, "Şəmkir", "Turan" və yenidən "Gəncə" klublarında çıxış edən Məmmədov bir neçə dəfə, həm "Kəpəz"in, həm də "Şəmkir" heyətində ölkə çempionu adını qazanıb. Rusiyalı Sergey Sokolov isə hücumçudur. Karyerasına Stavropol "Dinamo"sunda başlayan Sergey ardından sıra ilə "Lokomotiv" (Mineralnıye vodı), "Qafqaztransqaz" (İzobilnı) və "Okean" (Naxodka) komandalarında da forma geyib. Beraya qardaşları isə Gürcüstandandır. Qoqo yarımmüdafiəçi olduğu halda İrakli hücumda çıxış edir.

Paylaş