`Qarabağ` Hollandiyaya yollanır
26 Avq 2014
`Qarabağ` Hollandiyaya yollanır
`Qarabağ`ımız Hollandiyaya yollanır. Avropa Liqasının pley-off mərhələsində `Tvente` ilə qarşılaşacaq komandamız bugün adıçəkilən ölkəyə yollanır. Komandamız 15:00-da birbaşa reyslə hərəkət edəcək. Oyunun keçiriləcəyi Ensxede şəhərində hava limanı olmadığından komandamız həmin şəhərə ən yaxın hava limanı olan Almaniyanın Münster şəhərinə uçacaq.Münsterdən isə 1 saatlıq məsafədə olan Ensxede şəhərinə yollanılacaq.
Komandamız sabah oyunun keçiriləcəyi stadionda və vaxtda sonuncu məşqinə çıxacaq.
Qeyd edək ki, `Tvente` - `Qarabağ` oyunu Avqustun 28-də saat 22:30-da baş tutacaq.
