`Qarabağ` `Hovarla` ilə qarşılaşdı. Fotolar

`Qarabağ` `Hovarla` ilə qarşılaşdı. Fotolar
`Qarabağ`ımız Türkiyədə keçirdiyi təlim-məşq toplanışı çərçivəsində 2-ci yoxlama oyununa çıxdı. Rəqib Ukrayna premyerliqa təmsilçisi `Hoverla` idi.
`Qarabağ`ımızın baş məşqçisi Qurban Qurbanov URAL-la baş tutan ilk oyunla müqayisədə sadəcə bir dəyişiklik etmişdi. Dünən axşamkı məşqdə ayağında arılar hiss edən Fərhad Vəliyev oyunu buraxmalı oldu. Fərhadı risk salmaq istəməyən texniki heyət qapını Miro Varvodiçə həvalə etdi. Xorvat qapıçı isə oyununu sonuna qədər meydanda olan yeganə `Qarabağ`lı oldu.
`Qarabağ` bu heyətlə meydana çıxmışdı: Miro Varvordiç, Ansi Aqolli, Rəşad Sadıqov, Admir Teli, Maksim Medvedev, Qara Qarayev, Namiq Yusifov, Əfran İsmayılov, Riçard Almeyda, Vüqar Nadirov, Vaqif Cavadov.
Saat 15:00-da start götürən oyunda çoxlu mübarizə vardı. Ukraynalılar daha çox pressinq tətbiq edərək `Qarabağ`ın oyun qurmağını əngəlləmək istəyirdi. Buna baxmayaraq Vaqif ilk olaraq real qol şansı əldə etsə də, 2 müdafiəçidən sıyrılaraq qapıya zərbəsini qolkiper dəf etdi. Vüqar Nadirovun zərbəsi, Əfran İsmaylovun həmlələri nəticəsiz qalınca rəqib künc zərbəsindən sonra başla topu tora göndərdi.
İlk yarı bu hesabla başa çatdı. Gözlənildiyi kimi, Qurban Qurbanov 2-ci yarıda Varvodiç istisna olmaqla bütün komandanı dəyişdi. Oyuna isə bu futbolçular daxil oldu: Eltun Yaqublu, Bədavi Hüseynov, Zaur Həşimov, Təmkin Xəlilzadə, Hacı Əhmədov, Toğrul Bilallı, Muarem Muarem, İlqar Qurbanov, Elnur Abdulov, Manuel Rodrigez
İkinci yarıya rəqib fəal başlasa da, ilk təhlükə komandamızdan gəldi. Komandamızda baxışda olan Rodrigez mübarizə nəticəsində rəqibini keçib qapıya zərbə endirsə də, qolkiper dəqiq oynadı. Amma az snra ispan forvard hesabı bərabərləşdirdi. Bədavinin ötürməsiylə qapıçıyla duelə yollanan Manuel şansını qaçırmadı.
Amma buna baxmayaraq komandamız yenidən hesabda geri düşdü. Qonaqlar penaltidən dəqiq yararlandı. Az sonra hesabı yenidən bərabərləşdirmək üçün əla imkan yaransa da, Muarem yaxın məsafədən qapını nişan ala bilmədi.
Belə də görüşdə başqa qol olmayınca `Hoverla` 2:1 qələbə qazandı.
`Qarabağ` - `Hoverla` oyunundan fotolar FOTOQALEREYA bölümündə...