"QARABAĞ" İDDİALARLA RAZILAŞMIR (FUTBOL+QOL, 10.08.2006)

single-news
10 Avq 2006

"QARABAĞ" İDDİALARLA RAZILAŞMIR (FUTBOL+QOL, 10.08.2006)



Azər Cabbarovla bağlı yaranmış anlaşılmazlıq mətbuatın diqqətindən yayınmasa da, hələ də nəyin necə baş verdiyini heç kim anlaya bilmir. Futbolçunun müəmmalı şəkildə "Qarabağ"dan ayrılması və hələ də özünə klub tapa bilməməsi şübhəli görünür. Necə də olmasa, Azər az-çox səviyyəli futbolçulardan birisidir və onun kimisinin işsiz qalması təəccüb doğurur. Odur ki, qəzet səhifələrində tez-tez analoji yazılara rast gəlirik. Hətta bu arada belə bir məlumat yayılıb ki, "Qarabağ" rəhbərliyinin özünün belə bir işlərdə əli var. Yəni, onlar oyun alqı-satqılarına, bunda maraqlı olublar. Deyilənə görə, Azər və bir neçə futbolçu bunu bildiyindən, rəhbərlik izi itirmək üçün onları klubdan uzaqlaşdırmaq fikrinə düşüb. Sözügedən yazı isə "Qarabağ" rəhbərliyi tərəfindən böyük narazılıqla qarşılanıb. Ağdamlılar adının çirkin söz-söhbətlərdə hallanmasının təxribat olduğunu düşünürlər. Heç vaxt belə şeylərlə məşğul olmadığını deyən klubun bəyənatında daha sonra deyilir: "Qarabağ"ın Azərbaycan Kubokuna sahib çıxması, ən əzmkar komanda imici qazanması, stadionlara Azərbaycan futbolu tarixində görünməmiş azarkeş cəmləməsi komandamızda yaranmış birlik hesabınadır. Bu birlik oyun satmaq və ya digər çirkin əməllərə qoşulmaqla deyil, təmizlik hesabına əldə edilir".

Paylaş

// pop up