"QARABAĞ" İKİNCİ YERLƏ XAL FƏRQİNİ ARTIRA BİLƏR.(ÇEMPİON, 18.03.2005)

single-news
18 Mar 2005

"QARABAĞ" İKİNCİ YERLƏ XAL FƏRQİNİ ARTIRA BİLƏR.(ÇEMPİON, 18.03.2005)



Bu gün və sabah ölkə çempionatının 24-cü turunun 7 qarşılaşması keçiriləcək. “Şəfa”nın çempionatdan imtina etməsi səbəbindən bu tur “Şəmkir” üç xalı oynamadan qazanacaq. Turun ən maraqlı qarşılaşması Tovuzda baş tutacaq. Son turlar qələbə qazana bilməyən “Karvan” “Turan”ın qonağı olacaq. İlk dövrədə rəqibinə 3:4 hesabı ilə məğlub olan tovuzlular bu matçda üç xal qazanmaq üçün meydançaya çıxacaqlar. Maraqlıdır ki, çempionatın bombardirlərinin bu dəfə üz-üzə gəlməsi mümkün olmayacaq. Belə ki, “Karvan”da Zaur Ramazanov cəza, “Turan”da Kənan Kərimov zədə səbəbi ilə bu matçı buraxmalı olacaqlar. Zaur ilk görüşdə 3, Kənan isə 2 dəfə fərqlənmişdi. Bu görüşdə xal itirən komandanın liderlərdən bir qədər də aralı düşəcəyi qarşılaşmanın əhəmiyyətini artırır. Lider “Qarabağ” bu turda “Bakılı”nı qəbul edəcək. Son vaxtlar ağır dönəmlərini yaşayan paytaxt klubunun ağdamlılara müqavimət göstərəcəyi inandırıcı deyil. 10 görüşdür ki, məğlubiyyət üzü görməyən “Qarabağ” elita ilə vidalaşacağı, demək olar ki, dəqiqləşən “Bakılı”dan üç xal almaqla ikinci yerlə xal fərqini bir qədər də artıra bilər. əlbəttə, ikinci pillədə qərarlaşan “Neftçi” xal itkisinə məruz qalarsa. Bunun baş verəcəyi də istisna deyil. Belə ki, “İnter”lə kubok oyununda Ruslan Abbasov və Anatoli Tebloyevi itirən, üstəlik, kubokda mübarizəni dayandıran “Neftçi” “MKT-Araz”la matçda böyük çətinliklərlə üzləşə bilər. Aparıcı futbolçularının olmaması “flaqman”a yeddi oyunluq məğlubiyyətsizlik seriyasının qırılması bahasına başa gələ bilər. İlk dövrədə doğma meydançada rəqibinə 0:1 hesabı ilə uduzan imişlililər bu dəfə rəqibdən qisas almaq istəyindədirlər. Ona görə də görüşün maraqlı keçəcəyi gözlənilir. Üçüncü pillədə qərarlaşan “İnter” isə “Karat”ın qonağı olacaq. Son beş matçda məğlub olmayan “Karat” gözəl oyunu ilə seçilən komandalardandır. Anatoli Konkovun komandası isə 13 oyundur məğlubiyyətin nə demək olduğunu bilmir. Beş görüşdür qapısında top görməyən “bankirlər” üç xala daha yaxın görünsələr də, “Karat”ın sona qədər mübarizə aparacağını demək olar. ”Xəzər-Lənkəran” doğma Lənkəranda “Göyəzən”i qəbul edəcək. Son altı görüşün hamısında qələbə qazanan lənkəranlılar bu matçda da uğurlu seriyanı davam etdirmək niyyətindədirlər. İlk dövrədə Qazaxda qolsuz heç-heçə edərək xal itkisinə məruz qalan Rasim Karanın yetirmələri həmin xal itkisinin də əvəzini çıxmaq istəyirlər. Daim liderlərə qarşı əzmkar oyunu ilə seçilən qazaxlıların bu dəfə də rəqibə asan təslim olmayacağını demək olar. ”Gəncə” - “Gənclərbirliyi” orta pillələrə oynayan komandaların, “ədliyyə” - MOİK görüşü isə autsayderlərin matçı kimi xarakterizə olunmalıdır. Gəncəlilər rəqibindən daha üstün görünürlər. Lakin sumqayıtlıların əli kubokdan üzüldüyündən bütün diqqətlərini çempionata cəmləyiblər. Bu matçı qələbəsizlərin döyüşü kimi də xarakterizə etmək olar. Belə ki, “Gənclərbirliyi” yeddi, “Gəncə” isə doqquz oyundur ki, qələbə qazana bilmir. Üstəlik, gəncəlilər son beş ev görüşündə üç xal əldə edə bilməyiblər. Digər qarşılaşma da az əhəmiyyət daşımır. “Hərbçilər”in duelində məğlub olan komanda elitada qalmaq şansını xeyli azaldacaq. əksinə, qalib gələn tərəf təhlükəli zonanı tərk edəcək. 18 mart ”Turan” (Tovuz) - “Karvan” (Yevlax) Hakimlər: Rövşən əhmədov, Nemət Mahmudov, Arif Ağayev, Samir Hüseynov Stadion: Tovuz şəhər stadionu ”Qarabağ” (Ağdam) - “Bakılı” (Bakı) Hakimlər: Anar Niyazov, Azad Q. Hüseynov, Vasif Məmmədov, Elnur Muradov Stadion: “Şəfa” stadionu 19 mart ”Gəncə” (Gəncə) - “Gənclərbirliyi” (Sumqayıt) Hakimlər: Emil İsgəndərov, Elman Musayev, Azər Məmmədov, Ceyhun Haşımov Stadion: Gəncə şəhər stadionu ”ədliyyə” (Bakı) - MOİK (Bakı) Hakimlər: Xaqani Məmmədov, Azad ə. Hüseynov, Elşən Durmuşov, Feyzulla Feyzullayev Stadion: “ədliyyə” stadionu ”Karat” (Bakı) - “İnter” (Bakı) Hakimlər: Zöhrab Qədiyev, Aydın ələkbərov, Munis Abdullayev, Elvin əsgərov Stadion: Qaradağ Olimpiya kompleksi ”Neftçi” (Bakı) - “MKT-Araz” (İmişli) Hakimlər: Məhəmməd Məmmədov, Azər əsgərov, Ruhulla Kərimov, Habil əliyev Stadion: Tofiq Bəhramov adına Respublika stadionu ”Xəzər-Lənkəran” (Lənkəran) - “Göyəzən” (Qazax) Hakimlər: Azad Mütəllimov, Sultan Məmmədov, Akif Adıgözəlov, Fazil Mürşüdov Stadion: Lənkəran şəhər stadionu

Paylaş