`Qarabağ` - `İliçivets`, 2:2

single-news
26 Yan 2011

`Qarabağ` - `İliçivets`, 2:2



`Qarabağ`ımız Antlayada keçirdiyi 3-cü yoxlama oyununda Ukrayna təmsilçisi `İliçivets`lə qarşılaşdı.

 `Qarabağ`ımız meydana bu start heyətində çıxmışdı: Bojan, Qara, Teli, Samir, Aqolli, Namiq, Rəşad Sadiqov, Elvin, Adamiya, Vüqar, Rauf .

Onu da qeyd edək ki, öncədən tam hazır olmayan və yaxud da zədə səbəbindən Maksim Medvedev, Zaur Həşimov, Aslan Kərimov, Əfran İsmayılov, Aftandil Hacıyev, Rəşad Kərimovun oynamayacağı bəlli idi.

 Oyuna `Qarabağ`ımız sürətli başladı. Elə ilk dəqiqədəcə Vüqar sağ cinahdan sürətlə cərimə meydançasına daxil olsa da, Raufa dəqiq zərbə endirməyə imkan vermədilər. 3-cü dəqiqədə isə Vüqarın yerinə yetirdiyi cərimə zərbəsini qapıçı çətinliklə dəf etdi. Bundan sonra da komandamız topa nəzarəti əldə saxlamağa çalışsa da qop epizodu baxımından yadda qalan bir şey olmadı. Amma 17-ci dəqiqədə hesab açıldı. Elvin – Rəşad – Adamiya kombinasiyası nəticəsidə sonucnunun verdiyi ötürməni Rauf boş qapıya yönəltdi.  Növbəti 10 dəqiqədə oyunda nisbi sakitlik yarandı. 27-ci dəqiqədə ukraynalılar təhlükəli nöqtədən cərimə zərbəsi yerinə yetirsələr də, yeni transferimiz Bojan Pavloviç dəqiq oynadı. İlk yarı elə bu hesabla da başa çatdı.

İkinci hissəyə komandamız Raufun yerinə Nderim Nedzipi meydana daxil oldu. Belə də Adamiya hücumun sivri ucuna çəkildi. Oyunun gedişində Emin, Ayxan, Dövran, Rubins, İlqar da meydana daxil oldular. Vüqar meydadan cıxdıqdan sonra İlqarı tək hücumçu kimi sınaqdan keçirilməsi də diqqət çəkdi.

Oyuna gəlincə, 2-ci hissə daha məhsuldar alındı. 65-ci dəqiqədə Krivaşenko sağ cinahdan ötürməni dəqiq tamamladı, 1:1. Amma komandamız çox keçmədən yenidən hesabda önə keçdi. Samir Abasov standart vəziyyətdən sonra topu başla `İliçivets`in qapısından keçirəndə dəqiqələr 72-ni göstərirdi. Amma komandamız qələbə hesabını qoruya bilmədi. 85-ci dəqiqədə Budkovski başla oyundakı son nəticəni müəyyənləşdirdi, 2:2

`Qarabağ` - `İliçivets` oyunundan maraqlı anlar FOTOQALEREYA bölümündə..

http://qarabagh.com/1987/?name=photoview&phid=339&lang=1

Paylaş

// pop up