`Qarabağ` ilk dövrədə. Rəqəmlərin diliylə. Araşdırma

single-news
3 Noy 2011

`Qarabağ` ilk dövrədə. Rəqəmlərin diliylə. Araşdırma



Premyerliqanın ilk dövrəsi geridə qaldı. `Qarabağ`ımız 4 dövrəlik yarışın ilk hissəsini 4-cü pillədə bitirdi. `Qarabağ`ımızın ilk dövrədəki statistik göstəricilərini diqqətinizə təqdim edirik.
*** `Qarabağ`ımız sifariş vərəqəsinə 24 futbolçunun adını daxil edib.
*** Amma 23 futbolçununun adı 11 tur ərzində adı  `18`likdə olub. 3-cü qapıçı Osman Umarovun  yeganə istisnadır
***  23 futbolçudan 20-si meydana çıxıb. Kamil Hüseynov 5, Elgiz Kərəmli  və Təmkin Xəlilzadənin adı 2 dəfə maç siyahısında olsa da, meydana çıxmayıblar.
*** Sadəcə 4 futbolçumuz Rəşad Sadıqov, Admir Teli, Namiq Yusifov və Ansi Aqolli 11 oyunun hamısında meydanda olublar.
*** 4 futbolçuyla yanaşı Bojan Pavloviç də ancaq start heyətində meydana çıxsa da, serb qolkiper 1 oyun az keçirib
*** İlk 3-ü adı çəkilənlər əvəzlənmədən meydanda olsalar da, Ansi VIII turda `Rəvan`la oyunda 70-ci dəqiqədə əvəzlənib.
*** Boyan Pavloviçlə Adamiya 10, Maksim Medvedev, Rauf Əliyev, İlqar Qurbanov və Bəxtiyar Soltanov 9 oyunda forma şansı əldə ediblər
*** Əvəzetmələrdən ən çox oyuna daxil olan Bəxtiyar Soltanovdur, 6 dəfə
*** Dəqiqələr üzrə götürdükdə,  Sadıqov, Teli, Yusifov 990 dəqiqəylə (100 faiz)  meydanda ən çox qalan olublarsa,  ilk turda zədələnən Zaur Həşimov cəmi 52 dəqiqə (5 faiz) olmaqla meydanda ən az qalan `Qarabağ`lı olub.
***  `Qarabağ`ımız çempionatda 15 qol vurub (1 qolu AZAL-ın müdafiəçisi Arsenyeviç öz qapısına vurub). 10-nu isə öz qapısında görüb.
*** 14 qola 9 futbolçu imza atıb. Rauf Əliyevlə Adamiya hərəyə 3 qol vurmaqla liderdir. Əfran İsmayılov 2 dəfə qola sevinib. Rəşad Sadiqov, Rəşad Sadıxov, Ansi Aqolli, Admir Teli, Vüqar Nadirov, Leonardo Roşa isə hərəyə bir dəfə fərqləniblər.
*** İlqar Qurbanovla Rəşad Sadiqovun hərəyə 2 qol ötürməsi var
*** İlk 2 tur fərqləndikdən sonra 3 oyunda qol vura bilməmişik. Son 6 oyunda isə komandamız oyunu qolsuz tərk etməyib
*** 3 oyunda isə komandamız qapısını toxunulmaz saxlayıb
*** 1  dövrə ərzində `Qarabağ`ı 3 futbolçu kapitan qismində meydana çıxarıb, Sadiqov 7, Namiq 3, Fərhad 1 dəfə sarğını qoluna keçirib
*** 11 turda `Qarabağ`ımızın futbolçuları 20 sarı vərəqə, 2 qırmızı alıb. Daha dəqiq desək 24 sarı vərəqə alınsa da, Rəşad Sadiqovla Adamiya 1 oyunda  2 dəfə sarı vərəqə almaqla avtomatik qırmızını görüb (Sadiqov `Qəbələ`ylə, Adamiya isə AZAL-la oyunda komandanı azlıqda qoyub)
*** Ən çox sarı vərəqə Rəşad Sadıqovla Maksim Medvedev alıb – 4 dəfə
*** Ümumiyyətlə, 11 futbolçu sarı vərəqəylə cəzalandırılıb, 9 futbolçu isə cəzasız ötüşüb
*** Admir Teli  bütün oyunlarda əvəzlənmədən oynasa da sarı vərəqə almayıb
*** `Sumqayıt-Şəhər` lə oyunda heç bir futbolçumuz vərəqə almayıb
*** Ən çox vərəqəni AZAL - `Qarabağ (1:3) oyununda almışıq - 5 dəfə
*** Komandamızın oyununa 8 referi baş hakim kimi təyinat alıb.
*** Anar Salmanov 3, Elnur Muradov 2 oyunumuzu idarə edib. 6 hakim isə hərəyə bir dəfə fit çalıb
***   Dövrə ərzində 10 futbolçumuz zədə üzündən oyun buraxmalı olub
*** Ümumiyətlə, 11 turun hər birində zədə səbəbindən futbolçumuz oyunu buraxmalı olub
***  Dövrədə 10 futbolçu 27 dəfə zədə səbəbindən kənarda qalıb
*** 3 halda zədə ucbatından məcburi dəyişilmə edilib. Zaur Həşimov  `İnter`, Emin İmaməliyev `Kəpəz`, İlqar Qurbanov `Sumqayıt-şəhər`lə oyunlarda mıhz bu səbəbdən vaxtından əvvəl oyunu tərk edib
*** Ən uzun zədə Emin İmaməliyevdə müşahidə olunub – 9 həftə
*** Zədə ucbatından ən çox AZAL-la oyunda əziyyət çəkmişik. Həmi oyun da 4 nəfər oynamayıb ki, bu da ilk dövrədə ən yüksək göstəricidir
*** 11 oyunu 8 stadionda keçirmişik. Ən çox Quzanlıda - 3 dəfə  meydana çıxmışıq. Eyni zamanda `Dalğa-Arena` da 2 dəfə `ev oyunlarımıza şahidlik edib

Qeyd: Araşdırma `Qarabağ` FK mətbuat xidmətinə məxsus olub istifadə zamanı istinad zəruridir.

 


 

Paylaş

// pop up