"Qarabağ" ilk oyunda "Aberdin"ə qalib gəldi
19 Avq 2021
"Qarabağ" ilk oyunda "Aberdin"ə qalib gəldi
"Qarabağ" Avropa Konfrans Liqasının pley-off mərhələsində Şotlandiyanın "Aberdin" klubu ilə qarşılaşıb.
Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüşdə komandamız 1:0 hesablı qələbə qazanıb. Yeganə qolumuzu 30-cu dəqiqədə Xayme Romero vurub.
Cavab oyunu avqustun 26-da Şotlandiyada baş tutacaq.
