“Qarabağ” ilk “sınaq”dan üzüağ çıxdı

single-news
8 Yan 2007

“Qarabağ” ilk “sınaq”dan üzüağ çıxdı



Yanvarı 4-də Antalyaya gedən “Qarabağ” artıq bir neçə məşqə çıxıb və tezləiklə yoxlama matçında mübarizə aparacağı gözlənilir. “An-Deva”dan üzüağ Rasim Karanın başçılıq etdiyinin komanadanın Türkiyedə gördüyü ilk iş tibbi müayinədən keçmək olub. “An Deva” tibb ocağında həkim yoxlamasından keçən futbolçuların hansıdasa problem aşkarlanmayıb. “Qarabağ”ın yerləşdiyi oteldə “Sivasspor” və “Gənclərbirliyi”nin məskunlaşdığını və tezliklə “Bursaspor”un da ora təşrif gətirəcəyini qeyd edək. Yeri gəlmişkən, “Qarabağ” dünən daha bir sınaqdan kecməli olub. Testdən keçməklə futbolçuların əzələ davamlılığı yoxlanılıb. SERGEYLƏ QOQA TÜRKIYƏYƏ GEC GETDI “Qarabağ” Antalyaya tam heyətlə yollana bilməyib ki, bunun da səbəbləri var. Komandanın gənc futbolçuları Emin Mustafayevlə Osman Umarov U-17-nin tərkibində Belarusda keçirilən turnirə qatıldığından klubundan ayrı düşüb. Hər iki futbolçu Antalyaya ayın 15-i gəlməlidir. Onlardan başqa Sergey Sokolovla Qoqa Bereya da Türkiyəyə komanda üzvləri ilə getməyib. Sergeyl Qoqa dünən komandanın düşərəgəsinə təşrif buyurub. ƏVVƏL TÜRKİYƏ KLUBLARI, SONRA... Komanda ilk yoxlama matçını yanvarın 10-da keçirməyi planlaşdırır. Sınaqçıların adı tam bəlli olmasada, kamandanın Türkiyə klublarına üstünlük verəcəyi dəqiqdir. İstisna olunmurki, “Qarabağ” bir oteldə qaldığı komndalarla danışıqlar aparsın. Məskunlaşdığı ölkəylə yanaşı “Qarabağ” digər xarici klublarla da oyun keçirməyi planlaşdırır. Bu oyunlar da yanvarın 10-dan sonraya nəzərdə tutulub. KARA: “KOMANDA GƏNCLƏŞİR, AMMA...” “Qarabağ”ın saytında Karanın klubun gələcəyi əlaqədar olan bəzi fikirləri yer alıb. Rasim bəy yaxın günlərdə komandaya legioner cəlb oluncağını istisna təşkil etmədiyini bildirib.”Komandada gəncləşdirmə siyasəti aparılır. Amma bu o demək deyil ki, “Qarabağ”da ancaq 15-16 yaşlı futbolçular oynayacaq. Bizim təcrübəli futbolçulara da ehtiyacımız var. Təcrübəli, komandamıza faydalı legionerlər olarsa, götürərik” “QARABAĞ” ŞAHMƏMMƏDOVU İTİRDİ Ağdam klubu Antalyaya heçdə yüksək əhval-ruhiyyədə yollanmayıb. Yeni ilin ilk günündə bütün komandaya ağır itki baş verib. Beləki, komandanın rəisi, “Qarabağ”ın yaradıcılarından olan Ramiz Şahməmmədov yanavarın 1-də dünyasını dəyişib. Ağdam klubunun ağsaqqallarından olan mərhuma rəhbərliyin böyük ehtiram göstərdiyini də qeyd edək. “Qarabağ” ölkə kubokunu qazananda klubun vitse-prezidenti Tahir Gözəl Şahməmmədova öz payından əlavə olaraq 200 dollar mükafat ayırmışdı. Təkcə bu fakt mərhumun “Qarabağ” camiəsində nə qədər hörmət qazandığını göstərir.

Paylaş

// pop up