"QARABAĞ" İLLƏ VİDALAŞDI
"QARABAĞ" İLLƏ VİDALAŞDI
Hər zaman fərqliliyi ilə yadda qalan “Qarabağ” Futbol Klubu yenə də ilə özünəməxsus şəkildə damğa vurdu. Dünən möhtəşəm bir tədbir təşkil edən klubumuz son oyunlarda mükəmməl çıxışıyla rəğbət qazanan əsas komandamız, fasiləyə qış çempionu kimi yollanan əvəzedicilərimiz, ölkənin seçkin media nümayəndələrinin iştirakıyla 2008 futbol mövsümünü yolla saldı. Klubumuzun rəhbərliyindən tutmuş ən sıravi işçisinin də qatıldığı tədbir uzun müddət unudulmayacaq. Fasiləyə yollanılacaq ərəfədə klub rəhbərliyi hər iki komandanın uğurlu çıxışını yüksək qiymətləndirib komandaya dəstək olduqlarını bir daha sübut etdilər. Və bu tədbir də uzun müddət xatirələrdən silinməyəcək, futbolumuzun inkişafı naminə edilən dialoqlar hələ çox fayda gətirəcəyi şübhəsizdir.
Dünən saat 18:00-da təxminən 100 nəfərin iştirakıyla başlayan tədbiri klubumuzun vitse-prezidenti Tahir Gözel və “Azersun Holdinq” şirkətlər qrupunun baş direktoru Fevzihan Aras açdı. Tahir bəy hər kəsi salamlayaraq bu görüşün ənənəvi olduğunu və davam edəcəyini eyni zamanda fikir mübadilələri aparacaqlarını bildirdi. Klub başçısı media mənsublarından cari “Qarabağ”ı dəyərləndirməyi, Azərbaycan futbolu naminə görülməli işlərin mümkünlüyü barəsində fikirlərini soruşdu. İlk olaraq danışan “Çempion” qəzetinin baş redaktoru Ürfan Məmmədli “Qarabağ”ın mediaya həssas münasibətini təqdir etdiyini bildirdi. Uşaq futboluna xüsusi diqqət yetirməli lazım olduğunu, komandamızın əvəzedicilərinin uğurunun davamının gəlməsi və bu yöndə işlər görülməsinin gərəkdiyini bildirdi. Ardınca “Futbol+” qəzetinin baş redaktoru Mahir Rüstəmli “Qarabağ”ın bu tədbirinin digər klublara örnək olduğunu vurğuladı. Mahir bəy klubların bazalaşmasının mühim amil olduğunu vurğuladı. “Komanda” qəzetinin baş redaktoru Rəşad Ergün “Qarabağ” rəhbərliyinin humanist təfəkkürünü vurğulayaraq ölkəyə təmiz futbol lazım olduğunu bildirdi. Və Tahir bəydən bu məqsəd üçün təşəbbüsü ələ almağı xahiş etdi. Eyni zamanda “Aztv”-nin teleşərhçisi Altay Əliyevin, “525-ci qəzet”in əməkdaşı Anar Cəfərsoyun, “qol.az”-ın əməkdaşı Şükür Cavadın fikirləri maraqla dinlənildi.
Bütün fikirləri diqqətlə dinləyən Tahir bəy suallara bir-bir cavab verdi. Hər kəsə səmimiyyətə görə təşəkkür edən klub başçısı bütün təklifləri dəyərləndirəcəyinə söz verdi. Uşaq futboluna diqqət verdiklərini, tezliklə Türkiyədən tanınmış uşaq məşqçiləri gətirəcəklərini və sistem halında çalışacaqlarını bildirdi. Eyniylə baza probleminin də həll edəcəklərini, dünyada davam edən iqtisadi böhrana baxmayaraq işlərini sonadək bitirəcəkələrini vurğuladı. Eyni zamanda Tahir bəy Rəşad Ergünün təmiz futbol təklifiylə ikiəlli razılşadığını və bunun üçün hər şey edcəyinə söz verdi. “Futbol+”in əməkdaşı Rəşad Fərhadoğlunun Binədəki “Qarabağ” bazasının klubun 2-ci məskəni olması arzusuna isə Tahir bəy o günün mütləq reallaşacağını inandığını bildirdi. Vitse-prezidentimiz “Qarabağ”ın necə möhtəşəm azarkeş kütləsinin olduğunu və Ağdamdakı meydanda oynayacaqları təqdridə necə möhtəşəm olacaqlarını söylədi.
Ardınca Tahir bəy qış çempionu olmuş əvəzedici heyətin futbolçularını təbrik edib, onlara və məşqçilərinə təşəkkür etdi. Məşqçiləri də unutmayan Tahir bəy əvəzedicilərlə yanaşı son oyunlarda möhtəşəm forma yığmış əsas komandadan da uğur gözlədiyini gizlətmədi. Rəhbərlyin sona qədər komandanı, gənc çalışdırıcı Qurban Qurbanovu dəstəkləyəcəyini bildirdi.
Ardınca rəqs meydanına dəvət edilən əvəzedici komanda Tahir bəyi rəqsə dəvət etdi. Klub başçısı böyük məmnuniyyətlə gənclərimizlə rəqs meydanını paylaşdı.
Bu möhtəşəm tədbir hələ uzun müddət yaddaşlardan silinməyəcək.
Tədbirdən möhtəşəm ANLAR...