`Qarabağ` ımızın 15 yaşlıları Azərbaycan çempionudur!!!
`Qarabağ` ımızın 15 yaşlıları Azərbaycan çempionudur!!!
`Qarabağ` ımızın 15 yaşlıları Azərbaycan çempionudur!!! Əsas komandamız ölkə birinciliyinin bürünc medallarını qazandı. Əvəzedicilərin yarışında komandamız rəqiblərinə imkan verməyərək vaxtından əvvəl çempion oldu. İndi isə Mübariz Orucovun başçılıq etdiyi 15 yaşlılardan ibarət komandamız ölkəmizin ən güclüsüdür.
Cari mövsümdə ilk dəfə keçirilən `Kapitalbank U-15` liqasında komandamız təsnifat mərhələsindən sonra play-off mərhələsində `ölüm` qrupundan (`Qarabağ`, `Bakı`, `İnter`, `Qəbələ`) 1-ci yeri tutaraq finala vəsiqə qazandı. Finalda isə komandamızın rəqibi `Neftçi` idi.
Orucov start heyətinə bu futbolçuları buraxmışdı: İbrahim Abbasov, İlkin Məmmədov, Elmar Rəsulov, Əli Manaflı, Ramal Qasımov, Tural Rzayev, Fuad Məmmədzadə, Emil Haşımov, Eşqin Tağıyev, Vüqar Mövlamov, Ramin Şirinov.
Görüş komandamızın hücumları ilə başlasa da, `Neftçi` ilk yarıda 2 qol vuraraq hesabda önə keçdi. Lakin `Qarabağ`ımız həmin gün bir kərə ilk dəfə çempion olmağı qarşısına qoymuşdu. 34-cü dəqiqədə Ramin Şirinov fantastik zərbə ilə hesab arasında fərqi azaltdı. İkinci yarı isə bütünlüklə komandamızın üstünlüyü ilə keçdi. Nəhayət, komandamızın kapitanı Elmar Rəsulov hesabı bərabərləşdirdi. Geridə qalan müddətdə Ramin və Fuadla qola yaxın olsaq da, `ağ-qara`ların qolkiperi əla qurtarışlarıyla əsas vaxtın 2:2 bitməsinə səbəb oldu. Amma əlavə edilmiş hissələrdə komandamız hücumlarını davam etdirdi. Nəhayət komandamıza çempionluq gətirən qolu vurmaq mümkün oldu. 2-ci hissədə Ramin Şirinovun yerinə meydana daxil olan, əsas komandamızın çalşdırıcısı Qurban Qurbanovun da yoxladığı Siyamək Məmişov qapıçıyla təkbətək çıxaraq topu tora qovuşdurdu.
Matçda başqa qol olmayınca 15 yaşlılarımız ilk Azərbaycan çempionu olaraq adını tarixə yazdırdı.
Final görüşündən maraqlı anlar
bölümündə...