"QARABAĞ" - "İNSON YUNAYTED" (C.KOREYA) 1:2

single-news
30 Yan 2005

"QARABAĞ" - "İNSON YUNAYTED" (C.KOREYA) 1:2



"Qarabağ" : Vitaliy Kovalyov, Mübariz Orucov, Andrey Kolinenko, Vladimir Boxaç, Azər Cabbarov, Emin İmaməliyev, Aslan Kərimov, Denis Sokolovski, Anatoliy Ponomaryov, Samir Musayev, Vadim Vasilyev. Yuxarıda göstərilən start heyətində çıxan komandamız oyuna aktiv başladı. Baş məşqçimiz baxışda olan bəzi oyunçuları da start heyətində buraxmasına baxmayaraq, oyunçular bir- birlərini yaxşı başa düşürdülər. Koreya futbolunun sürətli oyununa komandamız öz texnikası ilə cavab verməyə çalışırdı.Hər iki komandanın bir neçə qol imkanının olmasına baxmayaraq, ilk yarıda yalnız bir qol vuruldu. Bir neçə C.Koreya millisinin oyunçularının da yer aldığı "İnson Yunayted" fasiləyə 1:0 hesablı qələbə ilə çıxdı. Oyunun ikinci hissəsinə hücumlarla başlayan "Qarabağ" tanınmış rəqibindən heç də çəkinməyərək, öz oyununu diqtə etməyə başladı. Bu da öz bəhrəsini verdi. Növbəti hücumların birində gözəl ötürmədən sonra, Vadimin zərbəsi qolla nəticələndi: 1:1. Oyunun 70-ci dəqiqəsindən sonra, komandamıza yenicə qoşulmuş baxışda olan üç Kamerun və Serb oyunçusu oyuna daxil oldular. Müdafiəçiləri əvəzləyən bu oyunçuların bir- biri ilə anlaşıqlı davrana bilməməsi oyunun sonlarında qapımıza daha bir qolun vurulmasına gətirib çıxardı. Maraqlı keçən qarşılaşma 1:2 hesabı ilə rəqibin xeyrinə başa çatdı. Oyundan sonra baş məşqçimiz bunları söylıdi: " Oyun çox maraqlı keçdi. Start heyətində çıxan legionerlırimiz özlırini yaxşı tərəfdən göstərdilər.Bu bizi sevindirir. Yeni oyunçularımıza gəlincə, onlar hələ təzəcə komandaya qoşulublar. Onların səviyyəsi haqda hələ bir söz demək çətindir.Ümumilikdə, futbolçularımın bugünkü oyunundan razıyam" "Qarabağ" növbəti oyununu fevralın 1- də keçirməyi planlaşdırır.

Paylaş

// pop up