"QARABAĞ" "İNSON YUNAYTED"Ə MƏĞLUB OLDU.( ÇEMPİON, 31 YANVAR)

single-news
31 Yan 2005

"QARABAĞ" "İNSON YUNAYTED"Ə MƏĞLUB OLDU.( ÇEMPİON, 31 YANVAR)



Ağdam təmsilçisi meydançaya aşağıdakı heyətlə çıxıb: “Qarabağ”: Vitali Kovalyov, Mübariz Orucov, Andrey Kolinenko, Vladimir Boxaç, Azər Cabbarov, Emin İmaməliyev, Aslan Kərimov, Denis Sokolovski, Anatoli Ponomaryov, Samir Musayev, Vadim Vasilyev Heyətində Cənubi Koreya millisinin bir neçə oyunçusunun da yer aldığı Koreya komandası sürətli hücumlarla təmsilçimizi məyus edə bilib. İkinci hissədə oyunlarını bir qədər düzəldən İqor Ponomaryovun yetirmələri Vadim Vasilyevin qolu ilə hesabı bərabərləşdiriblər. Hissənin sonlarına yaxın baxışda olan üç kamerunlu və bir serb oyunçunu meydançaya buraxan İqor Ponomaryov sonda bunun acısını çəkib. Belə ki, koreyalılar görüşün sonunda daha bir dəfə fərqlənərək qələbəni təmin ediblər. Görüşdən sonra Ponomaryov yeni legionerləri bəyəndiyini söyləyib. Sonda xatırladaq ki, “Qarabağ” fevralın 1-də Bosniyanın “Jelezniçar”, 3-də isə Xorvatiyanın “Rodniçki” klubları ilə yoxlama görüşləri keçirəcək. Baxışda olan legionerlərdən kimlərlə müqavilə bağlanacağı isə komanda ayın 5-də Azərbaycana dönəndən sonra məlum olacaq.

Paylaş