`Qarabağ` - `İnter. 0:0

single-news
3 Mar 2013

`Qarabağ` - `İnter. 0:0



T.Bəhramov adına Respublika stadionu
Hakimlər: Vüsal Əliyev, Vaqif Musayev, Nahid Əliyev, Orxan Məmmədov

 `QARABAĞ`: Miro Varvodiç, Qara Qarayev, Maksim Medvedyev, Namiq Yusifov, Rəşad Sadıqov (k), Vüqar Nadirov, İlqar Qurbanov, Əfran İsmayılov, Admir Teli, Toğrul Bilallı, Vaqif Cavadov

 `İNTER`:  Giorgi Lomaya, Slavço Georgiyevski, Asif Məmmədov, Vladimir Levin (k), İlia Kandelaki, Brüs Abdulaye, Arif Daşdəmirov, İbrahima Niasse, Baçana Sxadadze, Yuri Fomenko, Abdulla Abatsiyev

1`- Oyun başlayır
4`- Komandalar oyuna sürətli tempdə başlayıb
10`- Oyun bu dəqiqələrdə daha çox meydanın mərkəzində gedir
15`- Oyun qarşılıqılı hücumlar şəklində getsə də  hələki qapılar qarşısında təhlükəli vəziyyət yaranmayıb
18`- `Qarabağ` künc zərbəsi yerinə yetirir, lakin qapıya zərbə olmur
21`- Komandamızın əks hücumu.. lakin ötürmə sürətli olur.. topa çatan olmur
23`- `İnter` hücumu.. Miro irəli çıxaraq topu tutur
26`- `Qarabağ` hücumu.. lakin Vaqifin qapıya doğru zərbəsi zəif olur
28`- Daha bir hücum.. Lakin Əfran və Vüqar bir birini anlaya bilmir,. Top itirilir
32`- Komandamızın əks hücumu.. Vüqarın uzaqdan qapıya doğru qüvvətli zərbəsi… lakin top az fərqlə qapıdan aralı keçir
33`- Maksimin qapı qarşısına ötürməsi.. az qala avtoqol qeydə alınacaqdı
35`- Əfran sürtələ irəliləyir.. Əfranın uzaqdan qapıya doğru təhlükəli zərbəsi… qapıı sona anda topu dəf edə bilir
37`- Vüqar sürətlə irliləyir... son anda rəqib qaydanı pozaraq hücumun qarşısını alır
38`- Rəşad cərimə zərbəsini yerinə yetirir, top meydandan çıxır
40`- Vaqif künc zərbəsini yerinə yetirir.. lakin müdafiə topu uzaqlaşdırır
41`- Vaqifə qarşı qayda pozulur.. Rəşad cərimə zərbəsi yerinə yetirir, top canlı səddə dəyərək meydandan çıxır
43`- Növbəti hücum.. lakin Maksimin qapıya doğru zərbəsi istənilən olmur
44`- Vaqifə qarşı kobud oyuna görə Levin sarı vərəqə alır
45+1`- İlk hissə bitir
46`- İkinci hissə başlayır
50`- `İnter` cərimə zərbəsi yerinə yetirir.. top canlı səddən dönür
54`- Oyunda bu dəqiqələrdə sürət artıb
56`- `Qarabağ`da oyunçu dəyişikliyi.. Toğrul Bilallını Muarem əvəzləyir
57`- Vüqarın qapı qarşısına ötürməsi.. lakin Əfran qapı qarşısında topa toxuna bilmir
60`- Rəşad cərimə zərbəsi yerinə yetirir.. Maksimin başla qapıya doğru zərbəsi.. demək olar ki 100 fazilik qol şansından istifadə edə bilmirik
63`- İlqarın uzaqdan qapıya doğru qüvvətli zərbəsi.. qapıçı topu dəf edir
64`- Əfran sürətlə irəliləyir.. onun qapı qarşısına ötürməsi.. Vüqarın qapıya doğru zərbəsi, lakin top qapının üstündən keçir.. daha bir real qol şansından istifadə edə bilmirik
65`- `İnter`də oyunçu dəyişikliyi..
69`- `İnter`də oyunçu dəyişikliyi..
70`- Növbəti əks hücumumuz… Vüqarın uzaqdan qapıya doğru zərbəsi.. qapıçı topu dəf edir
74`- Oyun `Qarabağ`ın tam ərazi üstünülüyü ilə getsə də hələki qol vura bilməmişik
78`- Əfranın qapıya doğru zərbəsi… lakin top qapının yanından keçir
79`- Daha bir hücum.. Vaqifin sağ cinahdan qapı qarşısına ötürməsi.. qapıçı irəli çıxaraq topu dəf edir
80`- `İnter`də son oyunçu dəyişikliyi..
85`- Vaqif sürətlə irliləyir.. lakin müdafiə ona qapıya zərbə endirməyə imkan vermir
87`- `İnter` oyunçusu Maksimə qarşı kobudluğa görə sarı vərəqə alır
90`- Oyuna 2 dəqiqə əlavə olunur
90+2`- Oyun 0-0 hesabı ilə bitir

Paylaş

// pop up