`Qarabağ` - `İnter`. 1:0. Ardıcıl 3-cü qələbə

single-news
24 Apr 2011

`Qarabağ` - `İnter`. 1:0. Ardıcıl 3-cü qələbə



`QARABAĞ`: Boyan Pavloviç, Maksim Medvedev, Rəşad Sadiqov (k), Namiq Yusifov, Admir Teli, Rəşad Sadıqov, Vüqar Nadirov, Nedzipi, Elvin Məmmədov, Əfran İsmayılov, Ansi Aqolli

`İNTER`: Giorgi Lomaia, Dmitri Kruqlov, Danildo Assioli, Aleksandr Çertoqanov, Asif Məmmədov, Filip Despotovski, Volodimir Levin (k), David Odikadze, Arif Daşdəmirov, Robertas Poşkus,Valeri Abramidze

Baş hakim: Ramil Diniyev

1`- Oyuna `İnter` başlayır

4`- `Qarabağ` hücumu... lakin Nedzipinin ötürməsi dəqiq olmur

6`- Növbəti hücum... qapı qarşısındakı Əfrana uzun ötürmə, lakin qapıçı topa Əfrandan daha tez çatır

9`- Ardıcıl `Qarabağ`ın hücumları... lakin nəticəsizdir

11`- Əfranın qapıya doğru təhlükəli zərbəsi, lakin qapıçı çətinliklə topu dəf edir

12`- Vüqar künc zərbəsini yerinə yetirir, qapı qarşısına ötürmə... qapıçı bu dəfə də topu dəf edir

13`- Nedzipi presinq tətbiq edərək topu rəqibindən alır, sürətlə irəliləyir... lakin ona qarşı kobudluq edilir, hakim isə oyunu saxlamır

16`- Nedzipi künc zərbəsini yerinə yetirir, qapı qarşısına ötürmə... Maksim qapıçı ilə üzbəüz qalır, lakin o topu meydanda saxlasa da, qapıya zərbə endirə bilmir

17`- Oyun `Qarabağ`ın ərazi üstünlüyü ilə gedir

20`- Növbəti hücumumuz... Əfran demək olar boş qapını dəqiq nişan ala bilmir, onun qapıya zərbəsi çox az dəqiqliklə qapıdan aralı keçir

23`- Əks hücumumuz... Maksimin Vüqara ötürməsi sürətli olur və Vüqar topa çatmır

26`- Əfran irəliləyir... Əfran 3 futbolçunun əhatəsindən çıxır, lakin son anda o yıxılaraq topu itirir

31`- Komandamızın ardıcıl qapıya zərbələri... Və Əfran topu qapıdan keçirir, Qoool... lakin hakim niyəsə ofsayt olduğunu deyərək, qolu qeydə almır

37`- `İnter` künc zərbəsini yerinə yetirir və top qapıdan aralı keçir

42`- Oyunun tempi bir qədər düşüb

44`- `Qarabağ` hücumu... Namiqin Əfrana ötürməsi... lakin ötürmə sürətli olur və Əfran topa çatmır

45`- `İnter` cərimə zərbəsini yerinə yetirir, Namiq Yusifov topu uzaqlaşdırır. Hakim ilk hissənin bitdiyini bildirir

46`- İkinci hissəyə `İnter` oyunçu dəyişikliyi ilə başlayır

49`- Rəşad Sadıqov cərimə zərbəsini yerinə yetirir, lakin op canlı səddə dəyərək uzaqlaşır

54`- `Qarabağ` hücumu... Vüqarın qapıya doğrun zərbəsi, lakin qapıçı topu dəf edir

55`- Nedzipi künc zərbəsini yerinə yetirir, lakin top meydandan çıxır

56`- Rəşad Sadıqovun gözəl ötürməsi... Nedzipinin yerlə Elvinə ötürməsi, lakin Elvin yerdə qalır və hakim oyunu davam etdirir

58`- Aqollinin uzaqdan qapıya doğru zərbəsi, lakin top qapıdan aralı keçir

60`- Əks hücumumuz.. Elvin irəliləyir, lakin o yıxılıaraq topu itirir

61`- `İnter`in əks hücumu... və Admir Teli hücumun qarşısı alır

63`- `İnter`də növbəti oyunçu dəyişikliyi..

66`- `Qarabağ`da oyunçu dəyişikliyi... Vüqar Nadirovu Adamiya, Nedzipini Rauf Əliyev əvəzləyir

68`- `Qarabağ` hücumu... Əfranın ötürməsi, Rəşad Sadiqov topa zərbə endirə bilmir. Hücum davam edir, lakin topa zərbə endirə bilmirik

70`- Növbəti hücum... Adamiyanın gözəl ötürməsi, lakin Əfranın zərbəsi dəqiq olmur və top qapıdan aralı keçir

73`- `İnter` hücumu... top qapıdan aralı keçir

74`- Adamiyanın qapı qarşısına ötürməsi, lakin müdafiəçilər Raufa zərbə endirməyə imkan vermir

75`- Hücum davam edir... Rəşad Sadiqov topu rəqiblərindən alır, lakin ona qarşı kobudluq edilir və hakim penalti təyin edir

76`- Adamiya penaltini yerinə yetirir və top qapıdan keçir. QOOOOOOL

79`- `Qarabağ`da oyunçu dəyişikliyi edilir, Rəşad Sadiqov zədələndiyi üçün onu Samir Abasov əvəzləyir... `İnter`də də sonuncu oyunçu dəyişikliyi edilir

81`- Kapitan sarğısını Rəşad Sadiqov Rəşad Sadıqova, o, isə Namiq Yusifova verir

86`- `İnter` hücumu... Rəşad Sadıqov topu uzaqlaşdırır

88`- Çervenko sarı vərəqə alır

89`- Komandamızın hücumu... Əfran sürətlə irəliləyir, Raufa ötürməsi, lakin Rauf topa çatmır

90+1`- `İnter` hücumu... qapıya doğru zərbə və top qapıdan aralı keçir

90+3`- `Qarabağ` hücumu... Rauf təkbaşına irəliləyir... Raufun qapıya doğru zərbəsi, lakin top qapını yandan sirkələyir

90+4`- Hakim oyunu bitirir

Paylaş

// pop up