`Qarabağ` - `İnter`. 1:0
![single-news](https://qarabagh.com/uploads//catalog/old/pics/5406.jpg)
`Qarabağ` - `İnter`. 1:0
Ağdam rayon Quzanlı qəsəbə Olimpiya İdman Kompleksinin stadionu
Hakimlər: Fariz Yusifov, Elman Musayev, Namiq Hüseynov, Teymur Fərhadov
`QARABAĞ`: Fərhad Vəliyev, Qara Qarayev, Namiq Yusifov, Rəşad Sadıxov, Vüqar Nadirov, Muarem Muarem, İlqar Qurbanov, Admir Teli, Ansi Aqolli, Vaqif Cavadov, Georgi Adamiya
1`- Oyun başlayır
4`- `Qarabağ` hücumu... Vüqarın uzaqdan qapıya doğru zərbəsi, lakin top qapının üstündən keçir
8`- Muaremin qapıya doğru qüvvətli zərbəsi, lakin top az fərqlə qapıdan aralı keçir
10`- Vüqar sürətlə irəliləyir, onun sol cinaha ötürməsi sürətli olur və Adamiya topa çata bilmir
14`- Rəşad Sadıxovdan Vüqara gözəl ötürmə, lakin Vüqar topu meydanda saxlaya bilmir
16`- Vaqifin qapıya doğru qüvvətli zərbəsi, lakin müdafiə topu dəf edir
18`- `Qarabağ`ın əks hücumu... Rəşad Sadıxovdan Vüqara daha bir ötürmə, Vüqarın başla qapıya doğru zərbəsi, lakin qapıçı topu dəf edir
20`- Vaqif künc zərbəsi yerinə yetirir, lakin müdafiə topu uzaqlaşdırılır
23`- Daha bir hücum... lakin bu dəfə də topa toxunan olmur
26`- `İnter` oyunçusu zədələnir, ona tibbi yardım göstərilir
28`- Rəşad Sadıxov künc zərbəsi yerinə yetirir, lakin nəticəsizdi
32`- Vaqif Cavadov 2 rəqibini keçir, onun sol cinaha ötürməsi qeyri dəqiq olur
34`- Daha bir hücum... Muarem və Vaqif bir birini anlamır
36`- Vüqar cərimə meydançsına daxil olur və onun qapıya doğru zərbəsi, lakin qapıçı topu dəf edir, top `İnter` oyunçusunun əlinə dəysə də, hakim penalti vermir
39`- Vüqarın qapı qarşısına ötürməsi, lakin qapıçı topu tutur
40`- Növbəti hücum... lakin hakim Vaqifin ofsayta olduğunu bildirir
41`- Vüqar sürətlə irəliləyir, onun qapıya doğru zərbəsi qeyri dəqiq olur
43`- Adamiyanın qapıya doğru zərbəsi, lakin müdafiə topa toxunaraq, onun qapıya girməsinin qarşısını alır
45`- Komandamızın hücumu.. Aqollnin qapıya doğru aldadıcı zərbəsi, top az fərqlə qapıdan aralı keçir
45+1`- `İnter` qapıçısı sarı vərəqə alır
45+2`- İlk hissə bitir
46`- İkinci hissə başlayır
47`- İlqar Qurbanov sürətlə irəliləyir, lakin o son anda topu itirir
50`- Vaqif cərimə meydançasına daxil olur, onun qapı qarşısındakı Muaremə ötürməsi, lakin Muarem topu itirir
53`- Vaqifə qarşı qayda pozulur, Rəşad cərimə zərbəsini yerinə yetirir, lakin müdafiə topu uzaqlaşdırır
55`- Vüqar aqarşı kobudluğa görə `İnter` oyunçusu sarı vərəqə alır
56`- `İnter`də oyunçu dəyişikliyi...
57`- Vüqar cərimə zərbəsini yerinə yetirir, qapıçı topu dəf edir. Rəşad künc zərbəsini yerinə yetirir, demək olarki top qapıya girməkdən son anda qurtarılır
58`- Adamiya cərimə meydançasına daxil olur, onun Vaqifə ötürməsi, Vaqifin qapıya doğru zərbəsi, qapıçı topu dəf etsə də, müdafiəçi topu son anda qapıdan çıxarır
60`- Ardıcıl hücumlar... lakin hələ də nəticəsizdir
63`- Aqolli sürətlə irəliləyir, onu cərimə meydançasında yıxırlar,lakin hakim davam işarəsi verir
65`- Vüqarın qapı qarşısındakı Adamiyaya ötürməsi, lakin Adamiyanın qapıya zərbəsi qeyri dəqiq olur
66`- `Qarabağ`da oyunçu dəyişikliyi... Muaremi Rauf Əliyev əvəzləyir
68`- Vüqarın qapıya doğru zərbəsi zəif olur, və qapıçı topu dəf edir
69`- İlqar sarı vərəqə alır
70`- `İnter` cərimə zərbəsi yerinə yetirir, Fərhad topu tutur
72`- Rauf rəqibini keçərək cərimə meydançasına daxil olur, onun qapıya doğru zərbəsi, müdafiəçi topu dəf edir, və bu zaman əllə oynasa da, hakim davam işarəsi verir
75`- Adamiyanın qapıya doğru zərbəsi, top qapı tirinə dəyir
76`- Daha bir hücum... Rauf Əliyevin qapıya doğru zərbəsi... QOOOOOOOOOL!
78`- `İnter`də son oyunçu dəyişikliyi..
80`- Aqolliyə qarşı kobudluq, hakim isə sarı vərəq vermir
81`- `Qarabağ`da oyunçu dəyişikliyi... Vaqifi Zaur Haşimov əvəzləyir
83`- `İnter` cərimə zərbəsi yerinə yetirir, top qapnın xeyli üstündən keçir
85`- Raufun uzaqdan qapıya doğru zərbəsi, top qapıdan aralı keçir
86`- `Qarabağ`da oyunçu dəyişikliyi... Bəxtiyar Soltanov Vüqarı əvəzləyir
90`- Oyuna 4 dəqiqə əlavə olunur
90+4`- Oyun `Qarabağ`ımızın 1-0 hesabı ilə qələbəsi ilə bitir