“QARABAĞ” – “İNTER”: 2 GÜN QALDI

single-news
17 Mar 2008

“QARABAĞ” – “İNTER”: 2 GÜN QALDI



“Qarabağ” Futbol Klubu “İnter”lə Azərbaycan kubokunun 14 final mərhələsinin cavab görüşünün hazırlıqlarını davam etdirir. Bu gün 2 məşq keçirilib. Günün ilk məşqi komandanın bazası “Ruslan-93”-də baş tutub. Daha çox fiziki hazırlığa yönələn çalışma təxminən 2 saata yaxın davam edib. Növbəti məşqin isə Suraxanı stadionunda baş tutması planlaşdırılır. Nəşəli əhval-ruhiyyədə keçən çalışmada futbolçuların rahat olması gözdən qaçmadı. Çox önəmli matc öncəsi futbolçuların belə özünəinamı texniki heyəti də sevindirir.

Bu arada həftəsonu “Masallı”yla  çempionat qarşılaşmasında zədələnən Zaur Həşimov və Hüseyn İsgəndərovun durumunda qorxulu bir şey yoxdur. Baş məşqçimiz Rasim Karanın nəzarəti altında adı çəkilən futbolçular fərdi surətdə məşq edirlər. Zədə ucbatından hazırlıqdan bir müddət aralı düşən Azər və Elşən Məmmədovlar da artıq kollektivlə birgə hazırlığa qoşulub. Futbolçuların 2 gün sonra keçiriləcək görüşdə mübarizə apara biləcəkləri qeyd olunur.

Onu da qeyd edək ki, adətən matçdan iki gün öncə bazaya yığışan komandamızda bu dəfə texniki heyət fərqli qərar çıxarıb. Bu dəfə oyundan bir gün öncə yəni sabah komandamız “kampa girəcək”. Matçöncəsi abu-havanı öyrənmək üçün saytımızı izləməyi unutmayın...

Paylaş

// pop up