`Qarabağ` - `İnter`. Bütün rəqəmlər
`Qarabağ` - `İnter`. Bütün rəqəmlər
Bazar günü `Qarabağ`ımız `İnter`lə XX çempionatda ilk oyununa çıxacaq. Tərəflərin oyunu daim maraqlı rəqbət şəraitindən keçdiyindən 14 avqustda baş tutacaq oyun da diqqəti cəlb edir. Quzanlıda baş tutacaq oyun tərəflərin sayca 33-cü dueli olacaq. Bura `İnter`in sələfi olan `Xəzər Universiteti`ylə keçirdiyi oyunlarla birlikdə çempionat və kubok görüşlərinin cəmi nəzərdə tutulub. Çempionatda 27, kubokda isə 5 görüş baş tutub. Çempionatda baş tutan görüşlərdə komandamızın minimal üstünlüyü var. 11 qələbə qazandığımız halda 9 dəfə meydanı məğlub tərk etmişik. 7 oyunda isə 3 xala sevinən olmayıb. Top fərqinə gəlincə, 28 qola qarşılıq 20 dəfə qapımızda top görmüşük.
Ötən mövsümdə komandalar 4 dəfə qarşılaşıblar. İlk oyun Şəfa stadionunda baş tutub və Çertoqanovun vurduğu yeganə qol `ev sahib`lərinə qələbə gətirib. Bu eyni zamanda komandamızın mövsümdə ilk məğlubiyyəti olub. Ardınca baş tutan 3 qarşılaşmada isə komandamız rəqibini məğlub etməyi bacarıb. Rauf Əliyev öncə təsnifat mərhələsinin cavab görüşündə vurduğu qolla qələbəni təmin edib. Final mərhələsinin ilk turunda isə Raufla yanaşı Adamiyanın vurduğu qol komandamıza 2:0-lıq qələbə gətirib. Nəhayət, ötən mövsüm 4-cü oyunu Suraxanı qəsəbə stadionunda baş tutdu və Sadiqovun qazandığı penaltini Adamiya qola çevirməklə rəqib üzərində ardıcıl 3-cü qələbəmizi rəsmiləşdirib.
`Qarabağ` - `İnter` arasında baş tutan bütün oyunların nəticələrini diqqətinizə təqdim edirik.
Cempionat
99-2000 0:0, 2:0
00-01 3:0, 0:0
01-02 2:1, 1:2, 1:1
03-04 3:1, 2:0
04-05 3:1, 0:1
05-06 0:2, 1:0
06-07 0:1, 0:1
07-08 0:1, 0:1
08-09 1:1, 1:1
09-10 1:0, 1:2, 1:1, 1:1
10-11 0:1, 1:0, 2:0, 1:0
Kubok
2004-2005 1:0, 0:2 1/8 final
2007-2008 2:2, 0:1 1/4 final
2008-2009 1:0 final
Qeyd: Bu araşdırma `Qarabağ` Futbol Klubu mətbuat xidmətinə məxsusdur. İstifadə zamanı istinad zəruridir..
