`Qarabağ` - `İnter`. Bütün rəqəmlərlə
![single-news](https://qarabagh.com/uploads//catalog/old/pics/5198.jpg)
`Qarabağ` - `İnter`. Bütün rəqəmlərlə
Premyerliqanın final mərhələsinin 2-ci dövrəsi start götürür. `Qarabağ`ımız 10 turluq marafonun 6-cı pilləsində `İnter`i qəbul edəcək.
Bazar günü baş tutacaq `Qarabağ` - `İnter` dueli sayca 32-ci olacaq. Bura `İnter`in sələfi olan `Xəzər Universiteti`ylə keçirdiyi oyunlarla birlikdə çempionat və kubok görüşlərinin cəmi nəzərdə tutulub. Çempionatda 26, kubokda isə 5 görüş baş tutub. Çempionatda baş tutan görüşlərdə komandamızın minimal üstünlüyü var. 10 qələbə qazandığımız halda 9 dəfə meydanı məğlub tərk etmişik. 7 oyunda isə 3 xala sevinən olmayıb. Top fərqinə gəlincə, 27 qola qarşılıq 20 dəfə qapımızda top görmüşük.
Kubokda isə 5 dəfə qarşılaşmışıq. Hərəyə 2 dəfə qələbə qazanan tərəflər 1 dəfə heç-heçəyə razılaşıblar.
Qısaca cari mövsümə nəzər salaq. Cari mövsüm ilk oyunda Şəfada `bankir`lərə məğlub olmuşuq. Dekabrın 4-ündə Suraxanıda baş tutan cavab görüşündə komandamızdan Rauf Əliyevin vurduğu qol revanşı gətirib.
Martın 12-i isə premyerliqanın final mərhələsinin ilk turunda tərəflər yenə Şəfada qarşılaşıb. Yenə Rauf hesabı açıb, ardınca Adamiya 2:0-lıq qələbəmizi rəsmiləşdirib.
`Qarabağ` - `İnter` arasında baş tutan bütün oyunların nəticələrini diqqətinizə təqdim edirik.
Cempionat
99-2000 0:0, 2:0
00-01 3:0, 0:0
01-02 2:1, 1:2, 1:1
03-04 3:1, 2:0
04-05 3:1, 0:1
05-06 0:2, 1:0
06-07 0:1, 0:1
07-08 0:1, 0:1
08-09 1:1, 1:1
09-10 1:0, 1:2, 1:1, 1:1
10-11 0:1, 1:0, 2:0,
Kubok
2004-2005 1:0, 0:2 1/8 final
2007-2008 2:2, 0:1 1/8 final
2008-2009 1:0 final
Qeyd: Bu araşdırma `Qarabağ` Futbol Klubu mətbuat xidmətinə məxsusdur. İstifadə zamanı istinad zəruridir..