"QARABAĞ" - "İNTER" OYUN ÖNCƏSİ

single-news
6 Mar 2008

"QARABAĞ" - "İNTER" OYUN ÖNCƏSİ



“Qarabağ” Futbol Klubu bu gün “İnter”lə Ölkə Kuboku uğrunda baş tutacaq oyunun hazırlıqlarını bitirərək matçın başlanma saatını gözləyir. Çox yüksək əhval-ruhiyyədə keçən son məşqdə futbolçuların əzmkarlığı və istəkli olması nəzərlərdən qaçmadı. Srağagündən etibarən futbolçularımız bazada qalırlar. Bu dəfə də əsas heyətdə bəzi dəyişikliklər var. Vaqif Cavadov, Ayxan Abbasov, İsaak Pupo sarı vərəqə limitlərinin dolması səbəbindən, Azər Məmmədov və Kənan Kərimov isə zədəli olduqlarından bu gün meydanda olmayacaqlar. Amma bu komandanın heyətinin zəif olması anlamına gəlmir. Bir sözlə, hər kəs günorta 15:00-da başlayacaq oyun saatını gözləyir. “Qarabağ” azarkeşlərini komandamıza dəstək  olmağa çağırırıq. Biz birlikdə güclüyük!!!

Paylaş

// pop up