`Qarabağ` - `İnter` oyunun məkanı və saatı dəyişdirildi
14 Avq 2014
`Qarabağ` - `İnter` oyunun məkanı və saatı dəyişdirildi
Bildiyiniz kimi, bu həftə sonu Topaz Premyer Liqasının II tur çərçivəsində `Qarabağ`ımız `İnter`i qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunun ot örtüyünü `Qarabağ` - `Tvente` matçına qədər ideal halda saxlanılması üçün `Qarabağ`ımız `İnter`i İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda qəbul edəcək. Qarşılaşma saat 18:00-da start götürəcək və İdman Azərbaycan telekanalı vasitəsi ilə canlı yayımlanacaq.
