"QARABAĞ" - "İNTER"... STATİSTİKA

single-news
4 Mar 2008

"QARABAĞ" - "İNTER"... STATİSTİKA



“QARABAĞ” VƏ “İNTER”…  Kubok oyununa iki gün qalıb. Rəqiblər bir-birinə yaxşı bələddirlər. Ən azından ona görə ki, komandalar milli çempionatda 15 dəfə, ölkə kuboku oyunlarında isə 2 dəfə üz-üzə gəliblər.  1999-2000-ci ildə baş tutan qarşılaşmalardan biri heç-heçə digəri isə “Qarabağ”ın  2:0-lıq qələbəsi ilə başa çatıb. Növbəti mövsüm  ilk qarşılaşmada qələbə qazanan “Qarabağ” ikinci oyunda heç-heçəyə razılaşdı. 2001-2002-ci ildə ölkə çempionatında ilk qarşılaşmasında “Qarabağ” növbəti qələbəyə imza atsa da çempionat yarımçıq qaldı. Bir müddətdən sonra yeni çempionata start verildi və ilk oyun “İnter”in qələbəsi ilə başa çatdı.  Cavab qarşılaşmasında isə komandalar hərəyə bir xalla kifayətlənməli oldular. 2003-2004-cü il mövsümündə hər iki oyunda şans “Qarabağ”ın üzünə güldü. 2004-2005-ci ildə isə komandalar hərəyə 3 xal qazandı. Növbəti mövsümdə də komandalar eyni nəticə ilə  barışmalı oldu. 2006-2007-ci ildə isə uğur rəqib komandanın tərəfində idi. “İnter” hər iki qarşılaşmdan qalib ayrıldı.

Kubok oyunlarında iki dəfə üz-üzə gələn komandalar bir qalibiyyət və bir məğlubiyyətlə üzləşiblər.  Bu mövsüm Ölkə kuboku uğrunda yenidən üz-üzə gələn komandalar arasında çox maraqlı oyun gözlənilir. Bu oyun mart ayının 6-da T.İsmayılov adına Suraxanı qəsəbə stadionunda  baş tutacaq.

Paylaş

// pop up