`Qarabağ` `İnter` üçün toplaşdı
![single-news](https://qarabagh.com/uploads//catalog/old/pics/5410.jpg)
17 Noy 2011
`Qarabağ` `İnter` üçün toplaşdı
`Qarabağ`ımız `İnter`lə oyunun hazırlıqlarını davam etdirir. Bazar günü `bankir`lərlə qarşılaşacaq komandamız hazırlığını tək məşqlə davam etdirir. Uzun müddətdir yarımçıq heyətlə çalışmalarını davam etdirən komandamız bu gündən millilərinə `qovuşub`. U-21-in düşərgəsində olan Osman Umarov, Qara Qarayev, Tural İsgəndərov dünəndən geri qayıtmışdılarsa, Azərbaycan millisində olan Əfran İsmayılov, Rauf Əliyev, Rəşad Sadiqov və Vüqar Nadirov gecə Bakıya dönsələr də bu gün komandamızın baş tutacaq yeganə məşqinə yollanıb. Legionerlərimizdən Admir Teli artıq komandanın düşərgəsində olsa da, Ansi Aqolli ailə problemləri səbəbindən bu axşam Bakıya qayıdacaq.
Bununla yanaşı, Emin İmaməliyev artıq məşqlərə başlasa da, Rəşad Sadıqovun zədəsi hələ də sağalmadığına görə məşqlərdə iştirak etmir.
Premyerliqanın XIII turunda baş tutacaq `İnter` - `Qarabağ` oyunu Noyabrın 20-sində saat 18:00-da Şəfa stadionunda keçiriləcək.