`Qarabağ` `İnter` üçün
![single-news](https://qarabagh.com/uploads//catalog/old/pics/5609.jpg)
2 May 2012
`Qarabağ` `İnter` üçün
`Qarabağ`ımız `İnter`lə oyunun hazırlıqlarına başlayır. Bazar günü `Neftçi`ylə qarşılaşan komandamız ertəsi yüngül məşqlə kifayətlənmişdi. Dünən komandamızın baş məşqçisi Qurban Qurbanov futbolçulara 1 günlük izin vermişdi. Bugündən isə cari mövsüm keçirəcəyimiz sonuncu ev oyunun hazırlığına start verilir. `Qarabağ`ımızda Əfran İsmayılov mövsümü qapamışdısa, `ağ-qara`larla oyunda qırmızı vərəqə alan Maksim Medvedev 1 oyunlu cəzasını `bankir`lərlə oyunda yuyacaq. Əvəzində Namiq Yusifov 1 oyunluq cəzasını başa vuraraq sıraya dönüb.
`Qarabağ`ımız günü tək məşqini 16:00-da Suraxanı qəsəbə stadionunda keçəcək.
`Qarabağ`ımız günü tək məşqini 16:00-da Suraxanı qəsəbə stadionunda keçəcək.