“Qarabağ”, “İnter” və “Xəzər Lənkəran”ın oyunçuları Latviya millisində (qol.az)
“Qarabağ”, “İnter” və “Xəzər Lənkəran”ın oyunçuları Latviya millisində (qol.az)
Latviya yığmasının AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində oktyabrın 8-də səfərdə Yunanıstan, bundan 4 gün sonra isə öz meydançasında Gürcüstan yığmalarına qarşı keçirəcəyi oyunlar üçün heyəti açıqlanıb. Qol.Az-ın məlumatına görə, baş məşqçi Aleksandr Starkov qarşıdakı görüşlərə Unibank Premyer Liqasında çıxış edən 3 futbolçunu da dəvət edib. Bunlar “Xəzər Lənkəran”ın qapıçısı Denis Romanovs, “Qarabağ”ın yarımmüdafiəçisi Andrey Rubins və “İnter”in hücumçusu Girts Karlsonsdur. Azərbaycan millisinin futbolçusu Mahir Şükürovun Rusiya “Anji”sindəki komanda yoldaşı, müdafiəçi Oskar Klyava da dəvətlilər arasındadır.
Qeyd edək ki, Latviya yığması cari seçmə tsikldə əvvəlki görüşlərində Xorvatiyaya 0:3 hesabı ilə uduzsa da, Maltanı yenməyi bacarıb – 2:0.