`Qarabağ` `İnter`ə hazırlaşır

5 May 2014
`Qarabağ` `İnter`ə hazırlaşır
`Qarabağ`ımız `İnter`ə hazırlaşır. Premyerliqanın XXXIV turunda `ağ-göy`ləri qəbul edəcək komandamız gündə 1 məşqlə hazırlıqlarını davam etdirir. Sonuncu turda `Bakı`yla qolsuz bərabərliyə qalan komandamız hazırlıqlarını Suraxanı qəsəbə stadionunda keçir. `Bakı`yla oyunu cəza səbəbindən buraxan Rəşad Sadıqov artıq geri dönüb. Kapitan `İnter`lə görüşdə komandamızı oyuna çıxara biləcək.
Qeyd edək ki, `Qarabağ` - `İnter` oyunu Mayın 7-də, saat 19:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Qeyd edək ki, `Qarabağ` - `İnter` oyunu Mayın 7-də, saat 19:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.