`Qarabağ` İnter`ə tam heyətlə

single-news
10 Apr 2013

`Qarabağ` İnter`ə tam heyətlə



`Qarabağ`ımız `İnter`lə oyun üçün başladı. Premyerliqanın XXVI turunda `ağ-göy`lərlə qarşılaşacaq komandamız `Neftçi`ylə oyunsonrası 2 günlük istirahəti başa vuraraq  çalışmalara start verib. `Qarabağ`ımızın dünən tək çalışmasını Suraxanı qəsəbə stadionunda keçib.
`Qarabağ`ımızda son oyunları zədə səbəbindən buraxan Branimir Subaşiç və Vaqif Cavadov artıq komandayla məşqdə iştirak edirlər. Hər 2 futbolçu uzun müddətli zədədən sonra artıq kollektivlə çalışmalarda `tər tökürlər`. Hər 2 futbolçunun `İnter`lə oyuna yetişib-yetişməmələri həftəsonuna qədər məlum olacaq.  
`Qarabağ`ımızın praqramında bugünə də tək məşq var. Məşqimiz Tofiq Bəhramov adına Respublika stadionunda saat 17:00-a nəzərdə tutulub.
Qeyd edək ki, `Qarabağ` - `İnter` görüşü Aprelin 13-ü,  saat 17:00-da Tofiq Bəhramov adına Respublika stdionunda keçiriləcək.

 

Paylaş

// pop up