`Qarabağ` `İnter`i belə məğlub etdi
![single-news](https://qarabagh.com/uploads//catalog/old/pics/5310.jpg)
`Qarabağ` `İnter`i belə məğlub etdi
`Qarabağ`ımız premyerliqanın 2-ci dövrəsinin ilk turunda `İnter`lə qarşılaşdı. Son 3 turda qələbə qazana bilməyən komandamızın tək məqsədi 3 xal qazanmaq idi. 90 dəqiqə ərzində hüçumda olan `Qarabağ`ımız arzuladığı qolu 2-ci yarıda vura bildi. Halbuki, ilk yarıda Əfran İsmayılovun vurduğu qol ofsayd səbəbindən qeydə alınmamışdı. Amma komandamızın baş məşqçisi Qurban Qurbanovun taktiki gedişləri bu dəfə də öz sözünü dedi. Komandamızın 2 bombardirini ehtiyatda saxlayan baş məşqçimiz Rauf və Adamiyanı 2-ci yarının sonlarına yaxın döyüşə atdı və qol özünü çox gözlətmədi. Rəşad Sadiqova qarşı kobudluqdan sonra Adamiya penaltiylə cari mövsüm 13-cü qolunu vurdu. Matçda başqa qol olmayınca `Qarabağ`ımız 3 xalı qazanaraq 3-cü pillədəki yerini möhkəmlətdi. `Qarabağ`ımız eyni zamanda cari mövsüm 4-cü dəfə qarşılaşdığımız `İnter`i ardıcıl 3-cü dəfə məğlub etməyi bacardı.
`Qarabağ` - `İnter` oyununda Adamiyanın qolu