`Qarabağ` `İnter`lə oyuna hazırdır
10 Sen 2010
`Qarabağ` `İnter`lə oyuna hazırdır
`Qarabağ`ımız `İnter`lə oyunun hazırlıqlarını davam etdirir. Şənbə günü `İnter`in qonağı olacaq komandamız bayram demədən çalışmaqda davam edir. Komandamız dünən artıq tam heyətlə ilk çalışmasını yerinə yetirib. Azərbaycan millisinin üzvləri ilə yanaşı legionerlərimiz də geri dönüb. Dünən 18:30-da `Qarabağ`ımız Suraxanı qəsəbə stadionunda məşq edib. Bu gün isə `Qarabağ`ımız oyunun keçiriləcəyi Şəfa stadionunda oyunqabağı sonuncu məşqinə çıxacaq.
Komandamızda sadəcə zədəli Əfran İsmayılov və Aftandil Hacıyev çalışmalarda iştirak etmir. Adı çəkilən futbolçuların `İnter`lə oyunu buraxacaqlar.
Xatırladaq ki, `İnter` - `Qarabağ` oyunu sabah Şəfa stadionunda 19:00-da keçiriləcək.