"QARABAĞ" İRƏLİ BAXIR . . .

single-news
27 Okt 2006

"QARABAĞ" İRƏLİ BAXIR . . .



"Qarabağ" Futbol Klubu Ölkə Çempionatının növbəti turunun oyununa hazırlığa start verdi. Son turda "Olimpik"lə matçda iki xal itirən komanda artıq bu uğursuzluğu unudaraq qarşıdakı oyunlarda yalnız qələbə haqqında düşünür. Komanda son turun oyunundan sonra bir günlük istirahətdən edərək,hazırlığa start verdi. "Turan"la oyunun təxirə salınması halında ikitərəfli oyunla bunu konpensasiya etmək istəyən Baş Məşqçi komandanın ən çətin oyunların qarşıdakı ayda gözləndiyini vurğulayır: "Noyabr ayı komandamı çox çətin oyunlar gözləyir. Lənkərana səfərdən sonra Bakıda təxirə salınmış "Karvan", ardınca "Neftçi" ilə kubok və "İnter"lə çempionat oyunlarında maksimum nəticə qazanmaq lazımdır. Bu bizim çempionluq yolunda taleyimizi böyük ölçüdə həll edəcək. Ötən turlara nəzər yetirdikdə məğlubiyyətsiz irəliləməmiz, çempionla və "Neftçi" ilə səfər oyunlarından xalla dönməmizi komandamın uğuru hesab edirəm. Lakin "Simurq"la və "Olimpik"lə oyunlarda biz xal itirməməliydik. Bütün bunlara baxmayaraq, hər bir komanda xal itirir və biz qarşıdakı oyunlara konsentrasiya olaraq onlar haqda düşünürük. Heyətlə bağlı elə bir problem yoxdur və futbolçularım nəyə qadir olduqlarını qarşıdakı çətin oyunlarda göstərəcəklərinə inanıram..."

Paylaş