`Qarabağ` istirahətə buraxıldı

single-news
19 May 2011

`Qarabağ` istirahətə buraxıldı



`Qarabağ`ımız istirahətə buraxıldı. Dünən XIX milli çempionatın son turundan sonra `Qarabağ`ımızın birinciliyi 3-cü sırada bitirdiyi müəyyənləşdi. Komandamızın baş məşqçisi Qurban Qurbanov bütün komandanı istirahətə buraxıb. Düzdü, sabahdan əsas millimizə 8, U-21-ə 1, Albaniya millisinə 2, Latviyaya əsas komandasına isə 1 futbolçumuz qoşulacaq. `Qarabağ` İyunun 5-ində yeni mövsüm üçün toplaşacaq, 6-sında isə hazırlıqlar başlayacaq. Milli futbolçular isə İyunun 7-sində seçmə mərhələ oyununa çıxacağına görə çalışdırıcımız  11 futbolçuya 5 gün dincəlmək imkanı yaradacaq. Milli futbolçular iyunun 13-ü hazırlığa qoşulacaq.   

Paylaş

// pop up