“QARABAĞ” İYUNUN 18-İ YIĞIŞACAQ

single-news
2 İyn 2008

“QARABAĞ” İYUNUN 18-İ YIĞIŞACAQ



XVI Azərbaycan premyerliqası artıq başa çatıb. Mayın 28-i keçirilmiş sonuncu turun oyunlarından sonra “Qarabağ”ın futbolçuları istirahətə buraxılıb. Çempionatı 5-ci pillədə başa vuran komandamız iyunun 18-i yeni mövsümün hazırlığına yığışacaq. Bu müddətdə komanda istirahət edəcək. Komandanın türkiyəli məşqçiləri Rasim Kara, Mehmet Ak, Çetin Aykut və Tayfun Gürsel artıq vətənlərinə yola düşüblər. Baş məşqçi Rasim Kara qardaş ölkədə olduğu müddətdə qarşıdan gələn mövsüm üçün transfer çalışmaları aparacaq.

Qeyd etdiyimiz kimi, iyunun 18- i toplaşacaq komandamız hazırlığın ilk dönəmini Bakıda keçirəcək. Təxminən 2 həftəlik paytaxt təlimlərindən sonra komandamız ölkəni tərk edəcək. Ötən il olduğu kimi, komandamız bu dəfə də Türkiyəyə  Qızılcahamam bölgəsində təlim-məşq keçməyi planlaşdırır. İyulun 1-ində komandamız Ankara reysiylə səfərə çıxacaq. Türkiyədə 3 həftə qalmağı planlaşdıran “Qarabağ” iyulun  22-si Bakıya dönəcək. Çempionatın start veriləcəyi 1 Avqusta qədər hazırlıqlar  paytaxtda keçiriləcək.

 

Paylaş

// pop up