`Qarabağ` İyunun 8-də yığışacaq
22 May 2013
`Qarabağ` İyunun 8-də yığışacaq
`Qarabağ`ımız istirahətə buraxıldı. 2012-2013 mövsümü başa çatdıqdan sonra `Qarabağ`ımızda fasilə yaranıb. Komandamız İyunun 8-nə kimi istirahətdə olacaq. Həmin gün Avroliqanın hazırlıqları üçün yığışacaq komandamız 5 gün Bakıda ilkin hazırlığa başlayacaq. İyunun 13-ü isə komandamız təlim-məşq toplanışı üçün Türkiyəyə yollanacaq. `Qarabağ`ınız qardaş ölkənın Qızılcahamam bölgəsində minimum İyunun 27-nə kimi qalacaq. Avroliqanın ilk mərhələsinin püşkünə uyğun olaraq komandamız Bakıya qayıdıb-qayıtmayacağı məlum olacaq. İlk oyun səfərdə olsa Türkiyədən həmin ölkəyə yollanılacaq. Əks halda komandamız Bakıya qayıdacaq.
