“Qarabağ” Juninyonun qolu ilə qalib gəldi

single-news
11 May 2024

“Qarabağ” Juninyonun qolu ilə qalib gəldi



“Zirə” – “Qarabağ” – 0:1

11 may 2024. Saat 19:30. Zirə İdman Kompleksinin stadionu, 1200 tamaşaçı

Baş hakim: Əliyar Ağayev

Baş hakimin köməkçiləri: Zeynal Zeynalov, Akif Əmirəli

Dördüncü hakim: Tural Qurbanov

VAR: Cavid Cəlilov

AVAR: Müslüm Əliyev

Hakim-inspektor: Ramil Diniyev

AFFA nümayəndəsi: Eldəniz Musayev

Sarı vərəqələr: Vladislav Kulaç, 42 (qeyri-idman hərəkəti); Ruan Renato, 90+2 (qeyri-idman hərəkəti) // Elvin Cəfərquliyev, 15 (qeyri-idman hərəkəti); Marko Yankoviç, 38 (hakimin qərarına etiraz); Patrik Andrade, 63 (qeyri-idman hərəkəti); Adama Diakabi, 78 (qeyri-idman hərəkəti)

Rəsmi şəxsə göstərilən sarı vərəqə: Rəşad Sadıqov, 70 (hakimin qərarına etiraz)

Qol: Olavio Juninyo, 34 (p.)

Artırılan vaxt: I hissədə 5 dəq; II hissədə 5 dəq.

 

“Qarabağ” növbəti oyununu keçirib. Komandamız Misli Premyer Liqasının XXXIV turunun matçına çıxıb.

 

Qurban Qurbanovun yetirmələri “Zirə” ilə görüşüb. Azərbaycan çempionu bu qarşılaşmanı səfərdə keçirib. “Qarabağ” paytaxt klubu ilə Zirə İdman Kompleksinin stadionunda qarşılaşıb.

 

Oyunun taleyini bir qol həll edib. Həlledici top ilk 45 dəqiqədə vurulub. Olavio Juninyo meydan sahiblərinin qapısına yol tapıb.

 

Braziliyalı hücumçu penalti zərbəsini dəqiq yerinə yetirib. Bu, çempionatın bombardirinin 18-ci qolu olub.

 

Juninyonun bu qolu “Qarabağ”a üç xal qazandırıb. Komandamız bununla da 34 matçdan sonra xal hesabını 79-a yüksəldib.

 

Qeyd edək ki, komandamız növbəti oyununu mayın 17-də keçirəcək. “Qarabağ” Misli Premyer Liqasının XXXV turunda “Turan Tovuz”u qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionundakı matç saat 20:30-da başlayacaq.

 

“Zirə”

41. Anar Nəzirov

32. Qismət Alıyev (k)

21. Hacıağa Hacılı

(20. İsmayıl İbrahimli, 68)

16. Fuad Bayramov

(29. Ceyhun Nuriyev, 58)

5. Stefan Aka

24. Sezar Meza Kolli

(19. Salifu Suma, 58)

9. Vladislav Kulaç

(10. Rəhim Sadıxov, 58)

4. Ruan Renato

44. Dmitrios Çantakias

23. Rafael Utziq

15. Pyer Zebli

 

Ehtiyat oyunçular:

 

22. Məmməd Hüseynov

95. Çerkez Hüseynov

17. Araz Abdullayev

77. Məqsəd İsayev

8. İlkin Muradov

66. Pərviz Azadov

28. Abbas İbrahim

6. Eldar Quliyev

 

Baş məşqçi: Rəşad Sadıqov

 

“Qarabağ”

89. Amin Ramazanov

13. Bəhlul Mustafazadə (k)

44. Elvin Cəfərquliyev

90. Nəriman Axundzadə

(11. Adama Diakabi, 75)

81. Kevin Medina

66. Patrik Andrade

17. Hamidu Keyta

(19. Redon Cica, 87)

8. Marko Yankoviç

(24. Aleksey İsayev, 75)

18. Olavio Juninyo

2. Mateus Silva

15. Leandro Andrade

(10. Abdullah Zubir, 82)

 

Ehtiyat oyunçular:

 

23. Luka Quqeşaşvili

20. Riçard Almeyda

5. Maksim Medvedev

55. Bədavi Hüseynov

30. Abbas Hüseynov

27. Toral Bayramov

6. Julio Romao

 

Baş məşqçi: Qurban Qurbanov

Paylaş