`Qarabağ` - `Kaisar`. Son sülh, 1:1
![single-news](https://qarabagh.com/uploads/catalog/nophotonews.png)
`Qarabağ` - `Kaisar`. Son sülh, 1:1
`Qarabağ`ımız Antalyada keçirdiyi təlim-məşq toplanışında 6-cı yoxlama oyununa çıxdı. 28 günlük təlim-məşq toplanışının finalında komandamız Qazaxıstanın `Kaisar` klubuyla üz-üzə gəldi.
Öncədən də qeyd etdiyimiz kimi dünən U-21-lə qarşılaşan komandamız bu dfəfə fərqli heyətlə meydana cıxdı. Dünən meydana çıxanlardan sadəcə Devran Ayhan ilk `11`likdə vardı: Fərhad Vəliyev, Zaur Həşimov, Aftandil Hacıyev, Admir Teli, Ansi Aqolli, Namiq Yusifov, Devran Ayhan, Rəşad Sadiqov, Andrey Rubins, Əfran İsmayılov, Georgi Adamiya
Komandamız oyuna hücumlarla başladı. Çox keçmədi ki, ilk real qol şansını əldə etdik. Adamiyanın ötürməsiylə qapıçıyla təkbətək çıxan Sadiqov qapıçını ram edə bilmədi. Ardınca ilk yarının fəallarından olan Əfran sağ cinahdan sürətlə irəliləyib qapıya zərbə endirsə də top dirəkdən geri döndü. Ümumiyyətlə, ilk yarıda topa daha çox nəzarət edən komandamız cəmi bir dəfə rəqibə fərqlənmək üçün şans yaratsa da, onda da qazaxlara sonda dəqiqlik çatmadı.
İkinci yarıya komandamızda Fərhadın yerinə Bojan Pavloviç, hissənin gedişində isə Zaur, Devran, Əfranın əvəzinə Qara, Emin və İlqar oyuna daxil oldular. Amma oyunu hücumda keçirən komandamız gözlənilmədən qapısında qol gördü. Heç kimin gözləmədiyi halda qazaxlar hesabı açsa da, komandamız layiq olduğu topu vura bildi. DÜzdü, qola kimi Rəşadın 2 zərbəsi təhlükəli olmuşdusa, İlqarın zərbəsi yenə də dirəkdə `partladı`. Qolu isə qazaxlar özləri vurdular. Eminin sağ cinahdan yerlə sərt ötürməsi zamanı İqlardan qabaq `Kaisar`ın müdafiəçisi tamamladı.
Beləliklə, komandamız 6-cı yoxlama oyunundan sülhlə ayrıldı.
Oyundan fotolar FOTOQALEREYA bölümündə..