`Qarabağ` `kamp`a yığışdı

single-news
28 İyn 2010

`Qarabağ` `kamp`a yığışdı



`Qarabağ`ımız  məşqlərini davam etdirir. Avroliqanın 1-ci turunda Makedoniyanın `Metallurq` klubunu qəbul edəcək komandamız oyunun keçirələcəyi Tofiq Bəhramov adına respublika stadionunda məşqlərini davam etdirir. `Olimpik-Şüvəlan`la oyundan sonra futbolçulara komandamızın baş məşqçisi Qurban Qurbanov tərəfindən 1 günlük icazə verilmişdi. Artıq komandamız gündə bir dəfə olmaqla məşqlərini davam etdirir.  `O-Ş`-la oyunu buraxan Samir Abbasov və Rəşad Kərimov da artıq məşqlərə qoşulub.

Bu gün məşq 20:00-a nəzərdə tutulmuşdur.

Bu gündən etibarən isə komandamız artıq `kamp`a yığışacaq. Komadamız bu gündən etibarən oyun gününı qədər Bakıdakı otellərdən birində qalacaq.

Paylaş

// pop up