"QARABAĞ" - "KARVAN" 2:0 (YOLDAŞLIQ GÖRÜŞÜ)

single-news
28 Mar 2005

"QARABAĞ" - "KARVAN" 2:0 (YOLDAŞLIQ GÖRÜŞÜ)



"Qarabağ"(start heyəti) - R.Mehdiyev, A.Kolinenko, V.Boqaç, M.Orucov, A.Cabbarov, A.Şubin, İ.Karamanov, İ.Məmmədov, R.Musayev,E.İmaməliyev, S.Musayev. Oyun dostluq xarakteri daşısada, elə birinci hissədə hakim hər komandadan bir oyunçuya qırmızı vərəqə göstərdi. Əvvəlcə, Ruslan Musayev (22-dəq)hakim fitindən sonra topu əlinə götürərək rəqibin üstünə atdığına görə, bir qədər sonra isə Fərrux İsmayılov (30-dəq) müdafiəçimiz Andrey Kolinenkonu bilərəkdən təpiklə vurduğuna görə cəzalandılar. Buna baxmayaraq , oyun o qədər də kobud keçmədi.Oyunun 6-cı dəqiqəsində gözəl ötürmədən sonra Ruslan qapı əvəzinə qapıçını nişan aldı.17-ci dəqiqədə İvan Karamanov cərimə zərbəsindən vurduğu top qapıdan aralı keçdi. 20-ci dəqiqədə qapıçının səhvindən İsmayıl istifadə edə bilmədi. 38-ci dəqiqədə irəli atılan Emini cərimə meydançasının üstündə yıxdılar. Amma İsmayılın zərbəsi canlı səddə dəyərək meydanı tərk etdi. İkinci hissə də qarşılıqlı hücumlarla başladı.Komandamızda Vadim, Mustafa Engin meydana çıxdılar.Bir qədər sonra isə, İqor Ponomaryov Abuzər İbrahimovu və baxışda olan iki oyunçunu da meydana buraxdı... Oyunun 82-ci dəqiqəsi gedərkən İsmayılın cərimə zərbəsinədən ötürməsini "Qarabağ"da debüt edən İvan Karamanov başı ilə rəqibin qapısından keçirtdi. Bundan sonra komandamız daha da sürətli oynamağa başladı.Oyunun son dəqiqələri gedərkən isə İsmayılın özünəməxsus mükəmməl cərimə zərbəsini "Karvan"ın qapıçısı heç reaksiya da göstərə bilmədi. 2:0 və "Qarabağ" çempionatdakı qələbəsinin təsadüfi olmadığını bir daha sübut etdi. Oyundan fotogörüntülərə FOTOQALEREYA bölməsindən baxa bilərsiniz.

Paylaş

QARABAĞI UNUTMA!