`Qarabağ` - `Karvan`. Maraqlı məqamlarla. Araşdırma
`Qarabağ` - `Karvan`. Maraqlı məqamlarla. Araşdırma
`Qarabağ`ımızın `Karvan`la mücadiləsi azarkeşlərə əsl zövq yaşatdı. 5 qol, penalti, çoxlu sayda qol epizodu, qırmızı vərəqə - bir sözlə oyunda futbolun bütün rəglərini görmək olardı.
`Qarabağ` - `Karvan` matçıyla bağlı bir neçə fakt diqqəti cəlb etdi ki:
***
Komandamızın əsas heyət üzvlərindən sayılan Aslan Kərimov, Rəşad Sadıqov, Rəşad Sadiqov, Maksim Medvedev, Vüqar Nadirov, habelə zədə səbəbindən yeni transfer Georgi Adamiya əsas heyətdə forma geyməsə də, Rəşad Kərimov `Qarabağ`ın heyətində debüt etdi.
***
Ayxan Abbasov 67-ci dəqiqədə qırmızı vərəqə almaqla cari mövsüm Elnur Allahverdiyevdən sonra komandamızda meydanı vaxtından əvvəl tərk edən 2-ci futbolçu oldu. Maraqlıdı ki, Abbasov sonuncu dəfə, 2007-2008 mövsümünün ilk yarısında `ABN-Bərdə` ilə oyunda da (3:1) hakim tərəfindən meydandan xaric edilmişdi.
***
Maraqlıdı ki, ötən mövsümdə də `Qarabağ`ımız `Karvan`la ev oyunun da da 3:2-lik qələbə qazanmışdı. Və səfər görüşündə də bərabərlik qeydə alınıb (2008-2009 - 0:0, 2009-2010 - 1:1).
***
Qolkiperimiz Fərhad Vəliyev düz 450 dəqiqə sonra qapısında qol gördü. Axırınca dəfə ötən ilin dekabrın 10-unda `Muğan`la oyunun 4-cü dəqiqəsində qol buraxan `kiper` ardınca 4 oyun qapısını `təmiz` saxlamışdı (`Standard` - `Qarabağ` 0:1, `Qarabağ` - Simurq` 0:0, `Qarabağ` - `Bakı` 0:0, `Neftçi` - `Qarabağ` 0:0). Maraqlıdı ki, 5 oyun sonra `Karvan`ın forvardı Xəqani Məmmədov Fərhadı məyus edəndə dəqiqə 4-ü göstərirdi.
***
`Qarabağ`ımız cari mövsümdə ilk dəfə bir oyunda rəqibini 3 dəfə məyus edə bildi. `Karvan`a qədər isə ancaq `İnter` komandamızı 2 dəfə oyuna mərkəzdən başlamağa məcbur edə bilmişdi.
***
`Qarabağ`ımız cari mövsümdə hamıdan daha çox əzmkar qələbə ilə yadda qalıb. Komandamız 4 dəfə hesabda geri düşməsinə baxmayaraq sonda qələbə qazanmağı bacarıb (`Turan` - `Qarabağ` 1:2, `Qarabağ` - `Turan` 2:1, `Qarabağ` - `Muğan`2:1, `Qarabağ` - Karvan` 3:2)
Hazırladı: `Qarabağ` FK mətbuat xidməti
Oyunun PROTOKOLU
Oyunun FOTOLARI
Oyunun QOLLARI