"QARABAĞ" - "KARVAN": OYUN ÖNCƏSİ . . .

single-news
14 Noy 2006

"QARABAĞ" - "KARVAN": OYUN ÖNCƏSİ . . .



XV Ölkə Çempionatının I turunun təxirə salınmış "Qarabağ" - "Karvan" oyununa saatlar qaldı. T.İsmayılov adına Suraxanı qəsəbə stadionunda baş tutacaq oyun AFFA-nın ehtiyat gün kimi təqvimdə ayırdığı 15 noyabrda keçiriləcək. Oyn öncəsi komandanın son durumunu Baş Məşqçi Böyükağa Ağayevdən öyrəndik: "Qarabağ" bu oyuna da itkilərlə hazırlaşır. Lakin bu oyunda itkilərin daha qabarıq şəkildə olması heyətin birdən-birə 4 əsas futbolçusunun yoxluğu ilə bağlıdır. Belə ki, Aslan Kərimov, Romal Hüseynov və Sergey Sokolov cəza səbəbindən məcburi bu oyunu kənardan izləməlidirlər. Zədəli futbolçularımız da var ki, oyun günü həkimin icazəsindən sonra onların oynayıb-oynamayacağı bilinəcək. Bütün bunlara baxmayaraq, "Qarabağ"ın meydana çıxacaq 11 döyüşçüsü bu oyunda komandalarının qələbəsi üçün var qüvvələri ilə çalışacaqlar. Rəqib güclü komandadır, lakin futbolçularım bu oyunun önəmini dərk etdiklərini düşünürəm. İnanıram ki, Suraxanıda qələbəyə "Qarabağ" sevinəcək." Futbolçularda çətin oyun gözləyirlər: Elmir Xankişiyev: Çempionluğu hədəfləyən hər bir komanda ilə oyunun çətin keçəcəyi şəksizdir. Bu komandalar sona qədər vuruşurlar. Bu oyunun çətinliyini bilsək də, qələbə bizə daha çox lazımdır və bunun öhdəsindən gələcəyimizi düşünürəm." Boyan İliç: "Karvan" komandasına qarşı bir neçə dəfə oynamışam və güclü klub olduğunun şahidiyəm. Lakin bu il onlar heç də ötən ildəkindən güclü deyillər... Qələbə üçün sadəcə oyunu gözləmək lazımdır! " Samir Abasov: "Professional futbolçu oynadığı hər bir komandanın şərəfini layiqincə qorumalıdır. Ötən il mən "Karvan"ın uğurları üçün tər tökmüşəm. Bu il "Qarabağ"dayam və sabahkı oyunda komandamın qalib gəlməsi üçün bacarığımı əsirgəməyəcəm..." Kənan Kərimov: "Qarabağ" bu gün daha güclüdür! Buna heç kimin şübhəsi olmasın. Şübhələnənlər isə sabah əmin olacaqlar ki onlar yanılıblar. Sadəcə gözləyin və oyunun 90 dəqiqəsinin sonunda mənim yanılmadığımın şahidi olacaqlar.... " ... Bütün "Qarabağ" sevərləri futbolçularımıza inanmağa, onlara dəstək olmağa çağırırıq. Biz orada olacağıq, Sizdə gəlin : 15 noyabr,2006. Saat: 15:00

Paylaş