“Qarabağ” – “Karvan-Yevlax” oyununun hakimləri müəyyənləşdi

single-news
26 Noy 2025

“Qarabağ” – “Karvan-Yevlax” oyununun hakimləri müəyyənləşdi



Misli Premyer Liqasında XIII turun təyinatları açıqlanıb.

 

Komandamızın “Karvan-Yevlax”la ev oyununu Kamranbəy Rəhimov idarə edəcək. Onun köməkçiləri Eyyub İbrahimov və Zöhrab Abbasov olacaq. Dördüncü hakim funksiyasını Kamran Əliyev yerinə yetirəcək.


Cavid Cəlilov VAR, Kamran Bayramov AVAR olacaq. Ömər Paşayev hakim-inspektor, Nəriman Axundov AFFA nümayəndəsi vəzifəsini yerinə yetirəcək.

 

Qeyd edək ki, noyabrın 29-da “Azersun Arena”da baş tutacaq qarşılaşma saat 17:00-da start götürəcək.

Paylaş

// pop up