`Qarabağ` - `Kəpəz`. 1:0

single-news
20 Fev 2012

`Qarabağ` - `Kəpəz`. 1:0



`QARABAĞ`: Boyan Pavloviç, Rəşad Sadiqov, Namiq Yusifov, Rəşad Sadıxov, Bəxtiyar Soltanov, Rauf Əliyev, Əfran İsmayılov, Admir Teli, Ansi Aqolli, Eltun Yaqyublu, Georgi Adamiya
Baş məşqçi: Qurban Qurbanov
`KƏPƏZ`: Tural Abbaszadə, Armand Feutchine, Azər Məmmədov, Pərvin Paşayev, Arabaje, Samir Allahquliyev, Dmitri Parxaçov, Ceyhun Sultanov, Nail Məmmədov, Əli İsmayılov, Yuri Fomenko
Baş məşqçi: Fuad İsmayılov
1`- Oyun başlayır
3`- `Qarabağ` hücumu... Raufun qapı qarşısına ötürməsi, lakin müdafiəçilər topu uzaqlaşdırır
5`- Aqollinin qapıya doğru qüvvətli zərbəsi, lakin top çox az fərqlə qapının üstündən keçir
8`- Daha bir hücum... Əfranın sağ cinahdan Raufa ötürməsi, lakin Raufun qapıya zərbəsi dəqiq olmur
11`- Aqollinin qapı qarşısına ötürməsi, lakin Əfran topa toxuna bilmir
14`- `Kəpəz` hücumu... və top uzaqlaşdırlır
18`- Bəxtiyar Soltanova kobudluğa görə Armand Feutchine sarı vərəqə alır
20`- `Kəpəz`dən Ceyhun Sultanov sarı vərəqə alır
23`- Əfran künc zərbəsini yerinə yetirir və top uzaqlaşdırlır
24`- Adamiyanın qapıya doğru zərbəsi, qapıçı topu dəf edir, qayıdan topa Rauf yenidən zərbə endirir, lakin qapıçı bu dəfə də topu dəf edir
26`- Əfran rəqibini keçir, onun qapıya doğru zərbəsi, lakin müdafiəçilər topu uzaqlaşdırır
27`- Əfranın Adamiyaya ötürməsi, Adamiyanın qapıya doğru zərbəsi və QOOOOL!
32`- Daha bir təhlükəli hücum... Əfranın qapıya doğru zərbəsi, lakin top qapını yandan sirkələyir
34`- Kəpəz` künc zərbəsi yerinə yetirir və Rəşad Sadıxov topu uzaqlaşdırır
35`- Əfranın sağ cinahdan ötürməsi, Raufun qapıya zərbəsi lakin top qapının yanından keçir
38`- Komandamızın növbəti təhlükəli hücumu... lakin Rəşad Sadiqov əlverişili vəziyyətdən istifadə edə bilmir, onun qapıya doğru zərbəsi qeyri dəqiq olur
41`- `Kəpəz` hücumu.. Qapıya doğru zərbə və Pavloviç topu dəf edir
43`- Adamiyanın Bəxtiyara ötürməsi, lakin qapıçı topa daha tez çatır
45`- Rəşad Sadıxov künc zərbəsini yerinə yetirir, Admir Teli bu gözəl mövqedə dəqiq oynaya bilmir
45+1`- Daha bir künc zərbəsini Əfran yerinə yetirir, lakin top uzaqlaşdırlır
45+2`- Rəşad Sadıxova qarşı kobud oyuna görə `Kəpəz` oyunçusu sarı vərəqə alır
45+3`- Rəşad Sadiqov cərimə zərbəsini yerinə yetirir, Əli İsmayılov kobud oyuna görə sarı vərəqə alır
45+4`- Rəşad Sadıxov cərimə zərbəsini yerinə yetirir və lakin top müdafiəçilərdən dönür. Hakim ilk hissəni bitirir
46`- İkinci hissə başlayır
51`- Oyun qarşılıqlı ötürmələr şəklində gedir
53`- Aqolli rəqiblərini keçir onun qapı qarşısına ötürməsi, lakin ötürməyə heç kim çatmır
55`- Əfranın qapıya doğru zərbəsi, qapıçı son anda topu dəf edə bilir
56`- Adamiya künc zərbəsini yerinə yetirir, müdafiəçilər topu uzaqlaşdırır
58`- Komandamızın ardıcıl qapıya zərbələri, ilk zərbə qapı tirindən, ikinci zərbə qapıçıdan dönür
61`- Artıq oyunda 60 dəqiqə geridə qalıb, hesab hələki 1-0 dır
66`- `Kəpəz` hücumu... qapıya doğru zərbə, Pavloviç topu dəf edir
68`- Əfran sürətlə rəqiblərini keçir, lakin onun qapıya doğru zərbəsi qüvvətli olmur
71`- `Qarabağ`da ilk oyunçu dəyişikliyi... Bəxtiyar Soltanovu Muarem əvəzləyir
72`- Rəşad Sadiqovun qapıya zərbəsi qeyri dəqiq olur
73`- `Kəpəz`də oyunçu dəyişikliyi..
74`- Əli İsmayılov Aqolliyə qarşı kobud oyuna görə sarı vərəqə alır
79`- `Kəpəz`də növbəti oyunçu dəyişikliyi...
80`- Muaremin cərimə meydançasına ötürməsi, lakin qapıçı topa Adamiyadan daha tez çatır
81`- Adamiya rəqiblərini keçir, lakin onun sol ayaqla qapıya doğru zərbəsi qeyri dəqiq olur
83`- Daha bir təhlükəli hücum... Raufun başla qapıya zərbəsi lakin top qapının üstündən keçir
84`- `Qarabağ`da növbəti oyunçu dəyişikliyi... Rauf Əliyevi Vüqar Nadirov əvəzləyir
86`- Rəşad Sadiqovun qapı qarşısına gözəl ötürməsi, lakin Muarem bu vəziyyətdən istifadə edə bilmir
90`- Oyuna sonuna 3 dəqiqə əlavə olunur
90+1`- Əli İsmayılov Adamiyaya qarşı kobu oyuna görə 2-ci sarı vərəqə alır və meydandan qovulur
90+2`- Əfranın qapıya doğru zərbəsi, top çox az fərqlə qapının yanından keçir
90+3`- Hakim oyunu bitir. `Qarabağ` 1-0 hesabı ilə qalib gəlir

Paylaş

// pop up