“Qarabağ” – “Kəpəz” oyununun hakimləri açıqlandı

single-news
22 Yan 2026

“Qarabağ” – “Kəpəz” oyununun hakimləri açıqlandı



Misli Premyer Liqasında 2026-cı ilin ilk təyinatları açıqlanıb. XVII turun “Qarabağ” – “Kəpəz” oyununu Vüqar Həsənli idarə edəcək.

 

Onun köməkçiləri Kamran Bayramov və Gülnurə Əkbərzadə, dördüncü hakim Elvin Bayramov olacaq. Rəvan Həmzəzadə VAR, Pərvin Talıbov AVAR funksiyasını yerinə yetirəcək. Babək Quliyev hakim-inspektor, Elçin Məmmədov AFFA nümayəndəsi olacaq.

 

Qeyd edək ki, yanvarın 24-də “Azersun Arena”da keçiriləcək görüş saat 16:30-da başlayacaq.

Paylaş

// pop up