`Qarabağ` `Kəpəz` üçün
![single-news](https://qarabagh.com/uploads/catalog/nophotonews.png)
5 Dek 2012
`Qarabağ` `Kəpəz` üçün
`Qarabağ`ımız məşqlərə başladı. Cari mövsüm artıq 3-cü dəfə qarşılaşacağımız `Kəpəz`lə görüş bu dəfə premyerliqanın XVI turuna təsadüf edir. Cəmi bir həftə öncə Gəncədə, kubok çərçivəsində üz-üzə gələn tərəflər bu dəfə ölkənin mərkəzi arenasında qarşılaşacaqlar.
`Qarabağ`ımız `Kəpəz`lə oyuna tam heyətlə hazırlaşır. `Neftçi`ylə oyunda Qara Qarayev ayağından xəsarət alsa da, yarımmüdafiəçinin vəziyyəti ciddi olmadığı aşkarlanıb. 20 yaşlı Qara bugün 13:30-da Suraxanı qəsəbə stadionunda baş tutan çalışmada iştirak edib. `Qarabağ`ımız sabah sonuncu çalışmayla `Kəpəz`lə oyunun hazırlıqlarını tamamlayacaq.
Qeyd edək ki, `Qarabağ` - `Kəpəz` oyunu Dekabrın 7-si, cümə günü 16:00-da Tofiq Bəhramov adına respublika stadionunda baş tutacaq.