"Qarabağ" - "Keşlə" matçında Əliyar Ağayev

15 Apr 2019
"Qarabağ" - "Keşlə" matçında Əliyar Ağayev
Azərbaycan Premyer Liqasının XXV turunda baş tutacaq matçların hakim təyinatları açıqlanıb. "Qarabağ"ımızın bu turda qarşılaşacağı "Keşlə" ilə matçı Əliyar Ağayevin rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcək. Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcək. Qarşılaşmanın dördüncü hakimi isə Elçin Məsiyevdir.
Qeyd edək ki, "Qarabağ" - "Keşlə" oyunu aprelin 18-də, saat 19:00-da start götürəcək.
18 aprel
19:00. “Qarabağ” – “Keşlə”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Elçin Məsiyev
Tofiq Bəhramov adına Respublika Stadionu