“Qarabağ” klubu Almaniyada futbolçu seçəcək (apasport.az)

single-news
28 May 2010

“Qarabağ” klubu Almaniyada futbolçu seçəcək (apasport.az)



Ağdamın “Qarabağ” klubu Almaniyada futbolçu seçəcək. Apasport.az saytının məlumatına görə, Unibank Premyer Liqasının bürünc medalçısı Türkiyənin “Sivasspor” klubunun iyunun 5-6-da Nürnberq şəhərində keçirəcəyi tədbirdə iştirak edəcək.

Türkiyənin Superliqa, aşağı liqa klubları “Sivasspor Avropa Futbolçu Seçimi” adlanan seleksiya prosesinə öz təmsilçilərini göndərərək futbolçu bəyənəcək. “Qarabağ”ın meneceri Asif Əsgərov Avropanın çoxlu təmsilçisinin, habelə Çinin Superliqa klubunun nümayəndəsi ilə birgə seçim prosesini izləyəcək. İyunun 5-də səhər başlayacaq seçimdə 1985-94-cü təvəllüdlülərdən ibarət qruplar iştirak edəcək. “Sivasspor”un aşağı yaş qruplarına cavabdeh olan Murat Şahin, əsas komandanın məşqçilər korpusu və uşaq məşqçiləri seçim prosesini izləyəcək.

Qeyd edək ki, “Sivasspor”un ilk dəfə Avropada keçirdiyi futbolçu seçimində Almaniya xaricindən Fransa, Hollandiya, Belçika, İsveçrə, Avstriya, Danimarkadan gənc istedadlar qatılacaq.

Paylaş

// pop up