“Qarabağ” Konfrans Liqasında mübarizə aparacaq

single-news
31 İyl 2026

“Qarabağ” Konfrans Liqasında mübarizə aparacaq



CSKA (Sofiya, Bolqarıstan) - “Qarabağ” – 0:0

Penaltilərlə - 5:4

İlk oyun – 0:0

 

Komandamız UEFA Avropa Liqasında növbəti oyununa çıxıb. “Qarabağ” II təsnifat mərhələsinin cavab matçında Bolqarıstan təmsilçisi CSKA-nın qonağı olub.

 

Sofiya şəhərində yerləşən Vasil Levski adına Milli Stadionda baş tutan görüşə komandamız aşağıdakı start heyəti ilə başlayıb: 99. Mateuş Koxalski, 44. Elvin Cəfərquliyev, 4. Bense Varkonyi, 55. Bədavi Hüseynov, 2. Mateus Silva, 8. Marko Yankoviç, 35. Pedro Bikalyo, 20. Kadi Borges, 10. Abdullah Zubir, 21. Aleksey Kaşuk, 11. Zakariya Savo.

 

Bakıdakı ilk görüş qolsuz bərabərliklə yekunlaşdığından, hər iki tərəf cavab qarşılaşmasına ehtiyatlı başlayıb. Dəqiqələr keçdikcə komandamız oyuna nəzarəti ələ keçirib. Topla daha çox oynayan futbolçularımız çoxgedişli ötürmələrlə rəqib qapısı qarşısında təhlükə yaratmağa çalışıb. CSKA isə əsasən əks-hücumlarla qol vurmağa çalışıb.

 

Bu ssenari ikinci hissədə də davam edib. Komandamız meydanda daha fəal nəzərə çarpsa da, rəqibin sıx müdafiəsini yarmaq mümkün olmayıb. İlk oyunda olduğu kimi, budəfəki qarşılaşmanın da əsas vaxtı qolsuz bərabərliklə yekunlaşdığından, əlavə vaxta ehtiyac duyulub.

 

Əlavə edilmiş 30 dəqiqədə təzyiqi daha da artıran komandamız bir neçə real qol vəziyyəti yaratsa da, fərqlənmək mümkün olmayıb. Nəticədə qalib penaltilər seriyası ilə müəyyənləşməli olub. Burada daha dəqiq oynayan rəqib 5:4 hesablı qələbə qazanaraq, növbəti mərhələyə adlayıb.

 

Komandamız isə mübarizəni UEFA Konfrans Liqasının III raundunda davam etdirəcək. Rəqib Ukrayna klubu “Dinamo” (Kiyev) olacaq. Həmin mərhələnin oyunları avqustun 6-da və 13-də baş tutacaq. Komandamız ilk oyununu səfərdə keçirəcək.

Paylaş

// pop up