`Qarabağ` kubok üçün başlayır və bitirir

16 Apr 2013
`Qarabağ` kubok üçün başlayır və bitirir
`Qarabağ`ımız kubok üçün..Ölkə kubokunun yarımfinal mərhələsinin ilk görüşündə `Neftçi`ylə qarşılaşacaq komandamız 11 günlük fasilədən sonra yenidən `Bakcell-Arena`ya səfər edir. Premyerliqanın son turunda `İnter`i 3:2 hesabıyla məğlub edən komandamız oyundan dərhal sonra kubok üçün hazırlığa start verib.
`Qarabağ`ımızda zədəli futbolçuların olmaması üzləri güldürür. Branimir Subaşiç və Vaqif Cavadov da sağalaraq sıraya dönüb.
Bugün `Qarabağ`ımız oyunqabağı sonuncu məşqini edərək hazırlıqlarını tamamlayacaq. Qeyd edək ki, `Neftçi` - `Qarabağ`matçı aprelin 17-si, sabah 19:30-da 8-ci km-dəki `Bakcell-Arena`da keçiriləcək.